Satış meneceri

  • Avisec
  • Elanın qoyulma tarixi: 15.04.2024

İşin təsviri

İş barədə məlumat:

  • Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması
  • Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması
  • Satış prosesinin planlaşdırılması və təşkil edilməsi
  • Müştəridən daxil olan sorğuların / sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili
  • Müştəri sifarişləri əsasında kommersiya təklifinin hazırlanması
  • Müştəri ilə qarşılıqlı əlaqələrin qurulması, şikayətlərin idarə edilməsi
  • Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması
  • Şirkətin rəhbərliyinin satışla əlaqədar ona həvalə etdiyi layihələri idarə etmək və digər işləri görmək
  • Saat 09:00-dan - 18:00-dək (şənbə günü qısa iş günüdür)
  • Əmək haqqı: 500 AZN 

Namizədə tələblər:

  • Bəy/Xanım namizədlər
  • Ofis texnikası ilə işləmə bacarığı(ofis proqramlarında işləmə bacarığı)
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
  • Ali təhsil
  • Rus dili (advanced) ingilis dili (arzu olunan)
  • Satış sahəsi üzrə ən az 1 il iş təcrübəsi arzu olunandır
  • Korporativ ünsiyyət bacarıqları
  • İT Sahəsində olması üstünlükdür
  • Satış sahəsinin nəzəri və praktiki bilikləri

Biz təklif edirik:

  • Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti
  • Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək
  • Peşəkar və karyera yüksəlişi üçün imkanlar

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına subject/mövzu hissəsində “Satış meneceri” qeyd etməklə göndərmələri xahiş olunur.

Avisec tərəfindən digər vakansiyalar