Audit

İşin təsviri

İş barədə məlumat:

  • Audit planları əsasında audit proqramlarının tərtib edilməsində iştirak etmək
  • Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq
  • Şirkətin siyasətləri, prosedurlar, standartlar və digər normativ sənədləri qiymətləndirmək
  • Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək
  • Şirkətdə yaranan qabaqcıl təcrübələrin qiymətləndirilməsini aparmaq və rəy vermək
  • Dövri olaraq daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında hesabatları və rəylər hazırlamaq
  • Müstəqil (kənar) audit proseslərinə dəstək olmaq
  • Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlər aparmaq və tapşırıqları yerinə yetirmək
  • Daxili nəzarət mühitinin qiymətləndirməsinə dair testlər aparmaq və digər tapşırıqları yerinə yetirmək
  • Şirkətin Daxili nəzarət mühitinin inkişafına dair təkliflər irəli sürmək
  • Şirkətdə risk idarəedilməsinin inkişafına dair təkliflər irəli sürmək, o cümlədən risk təhlillərin aparılması qaydasına rəy bildirmək
  • Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq
  • Mənimsəmə və saxtakarlıq hadisələrin araşdırılmasında Departamentinin adından iştirak etmək
  • Departament büdcəsinin hazırlamasında iştirak
  • Şirkətin aylıq, rüblük və illik hesabatlarını yoxlamaq
  • Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək

Namizədə tələblər:

  • Cins - bəy
  • Kompüter bilikləri - Excel ( yüksək səviyyədə ) , Logo Tiger proqramı ( arzuolunandır )
  • Təhsil - Ali
  • Hərbi bilet ( orduya yararlı və ya yararsız fərqi yoxdur )
  • Kollektiv ilə işləmək bacarığı
  • İşində ciddi və məsuliyyətli dürüst olmalı
  • Analitik düşünmək,istənilən problemi zamanında cəld,operativ həll etmək bacarığı
  • Rəhbərliyin tapşırıqlarını vaxtında icra etmək,gündəlik görülən işlər haqqında məlumat vermək

Qeyd №1: Ezamiyyətlər mövcuddur.

Tələblərə cavab verən namizədlər mövzu yerində “Audit” yazaraq, CV-lərini email ünvanına göndərə bilərlər.