Təcrübəçi Mühasib

İşin təsviri

İş barədə məlumat:

  • Şirkətin gündəlik maliyyə əməliyyatlarını icra etmək;
  • Elektron qaimə fakturaları hazırlamaq və göndərmək;
  • Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq;
  • Müqavilələrin redaktə edilməsi və düzəldlməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərini tərtib etmək;
  • Bank əməliyyatlarını həyata keçirmək;
  • Vergi və digər dövlət orqanlarına aylıq /rüblük/illik hesabatların tərtib olunmasında iştirak etmək;
  • İşgüzar yazışmaları aparmaq;
  • Əmək haqqı hesablanmasını və ödənişini həyata keçirmək.

İş şəraiti:

  • Həftədə 5 iş günü saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00;
  • Korporativ mobil nömrə;
  • Təcrübə proqramı ödənişsiz olacaq, 1 ay sonra namizədin bilik və bacarıqları nəzərdən keçiriləcək və uyğun olduğus təqdirdə razılaşdırılmış əmək haqqı ilə işlə təmin olunacaq.

Namizəd üçün tələblər:

  • Ali və ya orta təhsil;
  • Beynəlxalq maliyyə sertifikatlarına malik olması üstünlük təşkil edəcək;
  • Microsoft Ofiice proqramları ilə işləmə bacarığı;
  • Mühasibatlıq sahəsi üzrə nəzəri biliklər;
  • Azərbaycan və rus dilində səlis danışıq və yazışma bacarığı vacibdir.

Namizədlərdən “cv”-lərini [email protected] elektron poçt ünvanına mövzu yerində "Təcrübəçi mühasib" başlığı yazmaqla göndərmələri xahiş olunur.

 

 

Regency Consulting and Tax Solutions tərəfindən digər vakansiyalar