Problemli kreditlər və Məhkəmələrlə iş şöbəsinin ünvanda təqib üzrə mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Gecikmiş kreditlər üzrə borcalanların və zaminlərin qeydiyyat, faktiki yaşayış ünvanlarına və iş yerlərinə səfər olunması;
  • Əlaqə yaratmaq mümkün olmayan borcalanlar və onların zaminlərinin digər əlaqə vasitələrinin əldə olunması;
  • Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görmək;                             
  • BOKT daxili təlimat, qayda və prosedurların, əsasnamələrin ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
  • Əlaqəli qurumlarla əlaqələri idarə etmək, məktublar və sorğular göndərmək;
  • Zəruri sənədləri PKİD-ə aid xüsusi proqram təminatına yükləmək;
  • Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.

Tələblər:

  • Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);
  • Müvafiq sahə üzrə 2 ildən çox iş təcrübəsi. Bank və ya BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür;
  • Sürücülük vəsiqəsi;
  • 1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
  • Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür;
  • İşin xüsusiyyəti ilə əlaqədar kişi namizədlərə üstünlük verilir.

İş barədə məlumat:

  • Əmək haqqı: NETT 650 AZN+bonus
  • İş yeri : Bakı şəh, Aşıq Molla Cümə küç.
  • Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
  • 6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-14:00

CV-lərinizi “Problemli kreditlər və Məhkəmələrlə iş şöbəsinin ünvanda təqib üzrə mütəxəssisi başlığı altında e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır