Proqram təminatının versiyalanması və quraşdırılması mütəxəssisi

İşin təsviri

Namizədə olan tələblər:

  • Proqram təminatının quraşdırılması üçün versiyalar şəklində quraşdırma paketlərini hazırlaya bilmək,
  • MS Windows , Linux, Unix əməliyyat sistemləri üzrə quraşdırmaq və inzibatçılıq təcrübəsi,
  • Oracle və MSSQL Server verilənlər bazası quraşdıra bilmək,
  • Oracle və MSSQL Server inzibatçılığını bilmək,
  • SQL dilini bilmək, 
  • Analitik düşünmək və problem həll etmək bacarığı,
  • Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti,
  • Kollektiv şüurla komanda şəklində fəaliyyət,
  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq,
  • Asan ünsiyyət qura bilmək,
  • İdeyanı strukturlaşdırılmış qaydada təqdimetmə bacarığı,
  • Ali təhsilli olmaq,
  • Ən azı 3 illik iş təcrübəsinə malik olmaq,
  • C# bilənlərə üstünlük verilir,
  • Texniki ingilis dili (daha yaxşı bilənlərə üstünlük verilir),
  • Azərbaycan dilində sərbəst şəkildə danışıq və yazı qabiliyyəti olmaq.

İş barədə məlumat:

  • Proqram təminatlarının yeni versiyalarının hazırlanması,
  • Yeni versiyaların quraşdırılması,
  • Windows ƏS-də IIS, Linux əməliyyat sistemlərində Nginx quraşdırmaq və inzibatçılığını etmək,
  • Oracle və MSSQL Server verilənlər bazasının quraşdırılması,
  • Oracle və MSSQL Server verilənlər bazasında verilənlər bazası hazırlanması,
  • Oracle və MSSQL Server verilənlər bazasında ehtiyat nüsxələrin avtomatik hazırlanmasının saxlanması və buna gündəlik nəzarət,
  • Verilənlər bazasının yeni versiyalarının yüklənməsi.

İş şəraiti:

  • İş vaxtı: həftənin 5 günü saat 09:00-dan 18:00-dək. 
  • Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.

Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Quraşdırma mütəxəssisi” yazaraq CV formasını elektron ünvanına göndərməklə müraciət edə bilərlər.