Mühasib

İşin təsviri

Tələb olunan göstəricilər:

  • Ali təhsil: (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat üzrə)
  • Cinsi: xanım
  • Yaş: 22-30 yaş;
  • Dil bilikləri: Azərbaycan dili – mükəmməl. (rus və ingilis dili – orta səviyyədə bilmək üstünlükdür);
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Sosial Sığorta haqqında qanun, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və.s digər qanunvericilik aktlarının əlaqəli  maddələri haqqında məlumatlı olmaq
  • Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes, e-customs və s.) ;
  • Mühasibatlıq sahəsində azı 1 illik iş təcrübəsi;
  • Mühasibat 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilmək bacarığı;
  • Çalışqan, ünsiyyətcil, problemləri həll etmə bacarıqlarına malik olmaq;
  • Komanda  və müştərilər ilə işləmək bacarığı;
  • Dəqiqlik, məsuliyyətlilik, düzgünlük, etibarlılıq, yüksək riyazi və analitik düşüncə qabiliyyəti kimi göstəricilərə sahib olmaq;

Vəzifə öhdəlikləri:

  • Mühasibat və vergi uçotu üzrə ilkin sənədləşmələrin (Kassa mədaxil və məxaric orderlərinin, təhvil-təslim aktlarının, alğı-satqı və borc müqavilələrinin, razılaşma protokollarının, Ödəniş tapşırıqlarının, üzləşmə aktlarının yazılması) təşkili ;
  • Gündəlik e-qaimələrin (satış, qaytarma) yazılması və gələn e-qaimələrin yoxlanıb təsdiq edilməsi;
  • Online kargüzarlıq vasitəsi ilə vergi orqanı və digər vergi ödəyiciləri ilə yazışmaların aparılması ; 
  • Bank (malsatanlara, büdcə təşkilatlarına, işçilərə əməkhaqqı ödənişləri) , ƏDV DH ödəniş, kassa (gündəlik kassa satışları üzrə mədaxil və məxaric orderlərinin tərtibatı) əməliyyatları;
  • Alış və satış (nomenklatura üzrə), bank, kassa, əməkhaqqı hesablanması əməliyyatlarının 1C Mühasibat proqramına daxil etmək;
  • Debitor və kreditor borclarının, alınmış və verilmiş avansların gündəlik uçotu; 
  • Müştərilərin və əlaqəli şəxslərin E-mail və telefonlarının cavablandırılması;
  • Rəhbərliyə tələb edilən məlumatların verilməsi;

İş şərtləri:

  • Həftənin 5 günü, 09:00-dan 18:00-dək
  • Şənbə, bazar və bayram günləri qeyri iş günləridir
  • Əmək haqqı: müsahibə əsasında təyin ediləcək.

Namizədlər CV-ni mövzu yerində “Mühasib mütəxəssis” başlığı yazmaqla e-mail ünvanına göndərə bilərlər. 

Horizon Group tərəfindən digər vakansiyalar