Marketinq üzrə kiçik mütəxəssisi

İşin təsviri

Əsas tələblər:

  • Minimum təhsil dərəcəsi: Bakalavriat (Marketinq, iqtisadiyyat sahəsində)
  • Komputer bilikləri: MS Office (Word, Power Point, Excel ) - yaxşı;
  • Dil bilikləri: İngilis - yaxşı, 
  • Təcrübə: minimum 1il iş təcrübəsi

Fərdi keyfiyyət göstəriciləri:

  • Analitik düşünmə bacarığı;
  • Keyfiyyət yönümlülük;
  • Komunikasiya bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Yenilikçi və proaktiv yanaşma;
  • Qərarlı, məqsəd yönümlü, nəticə yönümlü;
  • Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
  • Araşdırma, təhlil, müqayisə və qərar vermək;
  • Planlaşdırma və problem həll etmə bacarığı.

İş barədə:

  • Şirkətin marketinq strategiyasının və marketinq planının işlənib hazırlanmasında iştirak etmək
  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Şirkətin təklif etdiyi məhsul və xidmətin inkişafı strategiyası, qiymətləndirilməsi, yaradılması və markası daxil olmaqla marketinq və reklam planları fikirləşmək, inkişaf etdirmək və həyata keçirmək;
  • Daim yeni axtarışlar etmək, şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlamaq və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabatlar təqdim etmək;
  • Satış məqsədləri üçün PR və reklam mətni hazırlamaq;
  • İstifadə olunan saytların effektivliyini təhlil etmək;
  • Partyonlar ilə birlikdə aksiyaların hazırlanması.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq;
  • Yemək şirkət tərəfindən;
  • Korporativ telefon nömrəsi və danışıq paketi.

İş vaxtının norması:

  • 09:00-18:00 / 5 günlük iş həftəsi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Marketinq üzrə kiçik mütəxəssis” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.