Sahə Memarı

İşin təsviri

Təsvir:

  • Təhkim olunduğu layihələrin bütün mərhələlərində memarlıq üzrə layihələndirmə prosesinin idarəedilməsini təmin etmək,
  • Sifarişçinin tələblərini öyrənmək, Layihə Tapşırığının dolğun və düzgün tərtib edilməsini təmin etmək,
  • Layihələndirmə prosesinə müvafiq fənn (memarlıq hissəsi) üzrə nəzarət etmək,
  • Tikintinin istehsalat prosesinə müvafiq fənn (memarlıq hissəsi) üzrə nəzarət etmək;
  • Layihənin təhvil-təslim prosesinə müvafiq fənn (memarlıq hissəsi) üzrə nəzarət etmək;
  • Layihələrin ilkin mərhələlərində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək,
  • Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək,
  • Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək,
  • Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan aşağıdakı tərəflərə yaxın əməkdaşlıq etmək:
  • Departament daxili və layihəyə cəlb edilmiş komanda ilə;
  • Maraqlı tərəflər ilə;
  • Layihəçi təşkilatlara aid layihələndirmə heyətləri ilə;
  • Məsləhətçilər və eləcə də dizayn prosesinə töhfə verən bütün mütəxəssislər ilə;
  • Layihələndirmə müddətlərinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq,
  • Layihənin tender prosesinə texniki dəstək vermək, spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək,
  • İstehsalatın müvafiq sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək,
  • Tələb edildiyi halda layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
  • Layihələndirmə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.

Tələblər:

  • Ali təhsil (memarlıq ixtisası üzrə);
  • Müvafiq sahə üzrə azı 5 il (tikinti və ofis) iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili – yaxşı;
  • Kompüter bilikləri: MS Office, AutoCAD; Sketch-UP / 3D qrafik proqramlar;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.

İşəgötürənin reytinqi