Keyfiyyətə Nəzarət Mühəndisi (Region)

İşin təsviri

Vəzifə öhdəlikləri

  • Keyfiyyət standartlarının və sistemlərinin tətbiqi.
  • Keyfiyyət performansının monitorinqi və təhlili.
  • Keyfiyyət normalarının yerinə yetirilməsini təmin etmək üçün materialları, avadanlıqları və prosesləri yoxlamaq va sinaqdan keçirmək.
  • Nəzarət və təkmilləşdirmələri inkişaf etdirmək və həyata keçirmək üçün əməliyyat menecerləri ilə əməkdaşlıq etmək.
  • İstehsal problemlərinin araşdırılması, aradan qaldırılması və tam nəzarət
  • Düzəliş tədbirlərinin, həllərin və təkmilləşdirmələrin hazırlanması.
  • Kodların, şərtnamələrin və proseslərin nəzərdən keçirilməsi.
  • Uyğunsuzluq hesabatlarının tərtib edilməsi və izlənməsi.
  • Layihə üzrə Keyfiyyətə Nəzarət Planına riayət edilməsinə nəzarət.
  • SƏTƏM prosedurlarına riayət edilməsi
  • KT/KN üzrə prosedura riatət edilməsi
  • İstehsalat prosesinə nəzarət
  • Layihənin tikinti normalarını, cizgilərini nəzərdən keçirmək və Layihənin KT/KN tələblərini tətbiq etmək
  • Tikinti materiallarının yoxlanılmasına nəzarət
  • Asfaltbeton və Sementbeton zavodlarının təhvil təslim prosesinin tətbiqi, monitorinqi və nəzarəti
  • Zəruri hallarda Layihə keyfiyyətinə nəzarət planlarının/nəzarət prosedurlarının yenilənməsini təmin etmək
  • Layihənin bütün fəaliyyətlərinin keyfiyyətə nəzarəti başa çatdıqdan sonra qəbul edilməsinə icazə verərək, onun məsuliyyət sahəsi daxilində istinad sənədlərinə uyğun həyata keçirilməsini təmin etmək
  • KİS Prosedurları ilə tələb olunan digər departamentlərin proseslərinin monitorinqi, tələb olunarsa, layihə çərçivəsində Keyfiyyət auditlərinin aparılması
  • Yoxlamalara nəzarət etmək və şahid olmaq, hesabatları və sənədləri yoxlamaq və tələb olunan Keyfiyyət Qeydlərini toplamaq və fayl-serverə yüklənməsinə nəzarət etmək
  • NCR, RMA, MS, OP və s. tətbiq etmək və nisbi düzəldici tədbirlər həyata keçirmək.
  •  Verilmiş uyğunsuzluq və ya hadisə hesabatlarını sistematik şəkildə qeyd edir və müvafiq düzəldici tədbirləri müəyyən etmək.
  • Ölçmə vasitələrinin sertifikatlaşdırılması və müvafiq sənədlərin hesabatını və tarixlərini tətbiq etmək
  • Müəyyən edilmiş müvafiq tələblərə, standartlara və/və ya direktivlərə tamlığı və uyğunluğu yoxlamaq
  • Layihə rəhbəri ilə həftəlik/aylıq Keyfiyyət görüşlərini təşkil etmək, sənədləşdirmək və layihəyə aid müqavilə sənədlərində təsvir olunduğu kimi yazılı protokolları təqdim etmək
  • Layihə üçün alınan bütün materialların təsdiq edilmiş təqdimata uyğun olduğunu, müvafiq qaydada işləndiyini və saxlanıldığını və layihədə istifadə üçün məqbul olduğunu yoxlamaq və sənədləşdirmək.
  • Keyfiyyət tələblərini müzakirə etmək üçün işin hər yeni mərhələsinin əvvəlində yeni və mövcud subpodratçılarla tikinti öncəsi görüşlər keçirmək və KT/KN tələblərinin şərtləri ilə tanış etmək
  • Layihənin təhvil-təslim prosesini əlaqələndirmək və sənədləşdirmək
  • Quraşdırılmış və zəmanətlər kimi istismar və təmir kitabçalarını ehtiva edən layihənin bağlanması sənədlərini toplamaq və arxivləşdirmək
  • Zəruriyyət yarandığı hallarda, keyfiyyətə təsir edən və/və ya işin məntiqi irəliləyişinə mane olan məsələləri həll etmək üçün işi dayandırmaq
  • Keyfiyyət və sənaye tənzimləmə tələblərinə davamlı uyğunluğu təmin etmək
  • Korporativ layihələrdə Keyfiyyətə Nəzarət Menecerinin Tapşırıqlarını həyata keçirmək.

Namizədə tələblər: 

  • Ali təhsili mühəndislik və ya mühəndislik ilə əlaqəli ixtisasa malik olmaq.
  • Keyfiyyət mühəndisliyi ,keyfiyyət təminatı və ya oxşar vəzifədə minimum 10 illik təcrübə.(5 il Beynəlxalq Layihələrdə (FİDİC) olmaq şərti ilə)
  • Kodlaşdırma və QA proqram alətləri və proseslərindən istifadə təcrübəsi.
  • Ünsiyyət və koordinasiyalı komanda ilə işləmə bacarıqları.
  • Analitik düşünmə  və problem həll etmə bacarığı.
  • Tikinti materiallarının sınaqlarının AASHTO/BS/ ASTM/GOST/ AzDTN və.s Beynəlxalq standartların tətbiq və nəzarət bacarıqları
  • İngilis, Rus və Azərbaycan dillərində danışıq və yazı bacarığının əla səviyyədə malik olmaq

 

İşəgötürənin reytinqi