Smeta üzrə mühəndis

  • Aqroman
  • Elanın qoyulma tarixi: 04.04.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə funksiyaları üzrə gözləntilərimiz:

  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
  • Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
  • Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
  • Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
  • Tender/sorğu öncəsi ehtimal dəyərlərin hazırlanması;
  • Tender/sorğu zamanı maliyyə təkliflərinin yoxlanılması, təhlillərin aparılması, yekun hesabatların hazırlanması. 
  • Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
  • Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;
  • Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak etmək;
  • Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak etmək;
  • Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;
  • Görülən tikinti-quraşdırma və təmir işlərinin xərclərinin aşağı düşməsi üçün tədbirlər görmək;
  • Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirmək;
  • Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;
  • İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl etmək;
  • Qüsur aktlarını hazırlamağı bacarmalı;
  • Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;
  • Smetaların bazar qiymətləri ilə hesablanması;
  • Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi);
  • Sahələrdən gələn texniki hesabatların yoxlanması.

Tələblər:

  • Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi;
  • Oxşar vəzifədə azı 3 il iş təcrübəsi.
  • Dil bilikləri: Azərbaycan dili – səlis; Rus dili, İngilis dili - orta;
  • Kompüter bilikləri – MS Office proqramları, AutoCAD;
  • Detallara qarşı diqqətcil olmaq;
  • Komanda ilə işləmək bacarığı.

İş şəraitimiz:

  • İş qrafiki: Tam iş günü (6-cı gün qısa iş günü);  
  • Korporativ mobil nömrə
  • Əmək haqqı: 1000 - 1500 AZN;
  • Mehriban komanda;
  • Perspektivli iş şəraiti;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Smeta üzrə mühəndis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.

Aqroman tərəfindən digər vakansiyalar