Smeta mühəndisi

  • Aqroman
  • Elanın qoyulma tarixi: 24.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
  • Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
  • Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
  • Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
  • Layihə-smeta sənədləri üzrə lazımi arayışlar hazırlamaq.
  • Texniki hesabatların yoxlanılması (Forma 2, Forma 3, Xərc analizi);

Vəzifəyə dair tələblər:

  • Ali təhsil (İnşaat mühəndisi);
  • Layihə smeta işlərinin hazırlanması üçün hüquqi-normativ sənədlərlə işləmə bacarığı;
  • Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını; müvafiq qanunvericilik aktları və normalarını bilmək;
  • Analitik düşüncə bacarığı;
  • Ünsiyyət və komandada işləmək bacarıqları;
  • Məsuliyyətli və dəqiq olmalı;
  • Detallara diqqət yetirməyi bacarmalı
  • Azərbaycan dili səlis, rus və ingilis dili bilməsi üstünlükdür; 
  • Kompüter bilikləri (Microsoft Office proqramları); 
  • AutoCAD, proqramını yüksək səviyyədə
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;

Əmək şəraiti:

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: 6 günlük, bazar günü istirahət günüdür.
  • Əmək haqqı: 1000-1500 AZN (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Smeta mühəndisi” yazaraq göndərə bilərlər.

Aqroman tərəfindən digər vakansiyalar