Sənədlərə nəzarət üzrə mütəxəssis

  • Aqroman
  • Elanın qoyulma tarixi: 11.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 Tələb olunan iş Bacarığı:

  • QA/QC sənədlərinin müəyyən edilmiş prosedurlara uyğun olaraq yoxlanılması, nömrələnib sistemə yüklənməsi;
  • Sənədlərin təhlili və müqayisəsi, prosedura uyğun olaraq nömrələnməsinə nəzarət, sənədlərin dövriyyəsini izləmək;
  • Layihə rəhbərliyinin tapşırığı əsasında podratçı ilə qarşılıqlı əlaqədə olmaq və lazımi hesabatları tələb etmək;
  • Layihə kommunikasiyalarının və texniki sənədlərin ümumi idarə olunmasına cavabdeh olmaq və s.;
  • Müəssisədə sənədlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyəti üzrə bölüşdürmək;
  • Sifarişçi ilə Podratçı şirkət arasında sistemli olaraq sənəd mübadiləsinin yerinə yetirilməsi, idarə və nəzarət olunması;
  • Layihələr çərçivəsində keçirilən toplantıların əlaqələndirilməsi, toplantı (iclas) protokollarının tərtibatı, razılaşdırılması və yayımlanması;
  • Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların dəqiq və mövcud tarixə uyğun şəkildə sıralanmasının təmin edilməsi, dövriyyədə olan sənədlər barədə məlumatların müvafiq qaydada ötürülməsi və qəbul edilməsi;
  • Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən və tərəflərə sənəd axınının qeydiyyatını və nəzarətinin təşkili;
  • Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq;
  • Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə
  • Layihə rəhbərinin verdiyi digər tapşırıqların yerinə yetirmək

Namizədə bağlı tələblər:

  • Azərbaycan dilində yüksək yazı bacarığı;
  • MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı;
  • Rus və İngilis dili biliklərinin olması üstünlükdür;
  • Namizədin PMD layihələrində işləməsi üstünlükdür
  • Aconex sistemində işləməyi bacarığı
  • Ali təhsil;
  • Sənədlərin hazırlanması, qeydiyyatı və icra müddətinə nəzarət etmə metodları və prinsipləri;
  • Daxil olan və çıxan sənədlərin sistemləşləşdirilməsi qaydaları;
  • Sənədlərə Nəzarət standartları üzrə müvafiq bilikləri olmalı;
  • Sənədlərin yerləşdirilməsi və qorunması üsullarını;
  • Sənədlərə nəzarət üzrə mütəxəssis olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı.

Əlavə məlumat:

  • Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir;
  • İş qrafiki: 6 günlük;
  • Şirkət tərəfindən nömrə ilə təmin edilməsi

Qeyd: Xahiş olunur CV-nizi “Sənədlərə nəzarət üzrə mütəxəssis” mövzusu ilə elektron ünvanına göndərəsiniz. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.  

Aqroman tərəfindən digər vakansiyalar