Satış təmsilçisi (xanım)

İşin təsviri

Əmək haqqı: 800 AZN NET

Həftədə 5 iş günü, 2 ev günü.

Vəzifə öhdəlikləri:

  • Alıcılarla etik qaydalara riayyət etməklə ünsiyyət qurmaq;
  • Malları rəflərə düzərək, yerləşdirmək ;
  • Uğurlu satışa başlamaq üçün rəflərdə kifayət qədər malın olmasını yoxlamaq. Zərurət yarandıqda anbardan əlavə mal almaq üçün mağaza rəhbərinə müraciət etmək ;
  • Malın alınması zamanı çeşidini, sayını, qiymətini yoxlamaq və satışa hazırlamaq ;
  • Alıcıya xidmət, malın təklifi və göstərilməsi, malın dəyərinin hesablanması, kassa işlədilməsi və çekin verilməsi işini həyata keçirməlidir;
  • Pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanılmasını təmin edən qaydalara mütləq riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirmək;
  • Kassa hesabatını tərtib etmək; 
  • Malın alınma zamanı çeşidi, sayını, qiymətini yoxlamaq və satışa hazırlamaq;
  • Malın üzərinə qiyməti yerləşdirmək, malların rəflərə səliqəli şəkildə düzmək, rəflərin təmizliyinə nəzarət etmək; 
  • İşin axırında çekləri və pulu hesablamaq və təhvil vermək, satılmayan malları yığışdırmaq.

Tələblər:

  • Yaş həddi 18-35 yaşa kimi;
  • Azərbaycan, Rus dillərində sərbəst danışan İngilis dili yaxşı (iki dildən birinin bilinməsi mütləq şərtdir);
  • Kollektivlə işləmək bacarığı;
  • Gülərüz, məsuliyyətli, müştəri və personal ilə ünsiyyət bacarığı;
  • Ofis proqramlarında işləmə bacarığı.

Əlaqə Telefonu: (050) 280 28 24

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini e-mail ünvanına göndərə bilərlər. Başlıq hissə göstərilməyən CV-lərə baxılmayacaq.