Keyfiyyət üzrə aparıcı mütəxəssis

  • Avrora
  • Elanın qoyulma tarixi: 03.04.2024

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • İstehsal proseslərinə nəzarət edilməsini təmin edir, istehsal xətlərinə dair qeydiyyat formlarının hazırlanmasını və sahədə qeydiyyatların zamanında icrasını təmin etmək
  • Növbəli və günlük istehsala dair iş saatının sonunda hesabat hazırlamaq və rəhbərə təqdim etmək
  • Nəzarət etdiyi fəaliyyətlərin, işlərin plan üzrə (Sanitar-gigiyena, Keyfiyyət-təhlükəsizlik, HACCP, Texniki baxış, zərərvericilərlə mübarizə və s. planlar) icrasına nəzarət etmək
  • Qida təhlükəsizliyi və keyfiyyəti sahəsində qanunvericilik tərəfindən qoyulan tələblərə, həmçinin bu sahədə digər beynəlxalq standartların tələblərinə uyğun olaraq müvafiq işlərin həyata keçirilməsinə nəzarət etmək;
  • Nəzarət etdiyi sahədə keyfiyyət-təhlükəsizlik, sanitar-gigiyena, təhlükə analizi və kritik nəzarət nöqtələrinə dair planları hazırlamaq
  • Məhsulun qanunvericiliyə (gərəkli hallarda digər normativ sənəd və standartlara) uyğun texniki mətnin hazırlanmasında iştirak etmək, təsdiq üçün daxil olan markalanma yoxlanışı və təsdiqi sorğularını cavabalandırmaq
  • Məhsullar üçün keyfiyyət vəsiqələrini hazırlamaq və lazımi hallarda müştəriyə təqdim etmək
  • Nəzarət etdiyi sahədə istehsal prosesinə nəzarəti həyata keçirir, markalanma (məhsulların tərkibi, xüsusiyyətlərinin özəlliyi, saxlama müddəti və şəraitinə uyğunluğu) və qablaşdırma proseslərinin tələblərə uyğunluğuna nəzarəti həyata keçirmək
  • İstehsal zamanı uygunsuz çıxan məhsulların bloke edilməsi, sonrakı gedişatın izlənilməsi, utilizasiya proseslərində iştirak etmək;

Tələb olunan bilik və bacarıqlar:

  • İSO 9001-2015 (keyfiyyətin idarəetmə sistemi) standartına uyğun istehsal prosesinə nəzarət
  • Nəzarət etdiyi sahələr üzrə risk analizinin aparılması
  • Nəzarət etdiyi sahə üzrə baş verən uyğunsuzluqlar barədə düzəldici və önləyici tədbirlərin alınması
  • Stresli iş şəraitində işləmə bacarığı
  • Ofis proqramlarında (word, excel və s.) sərbəst işləmək 

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali (Kimya, Qida sənayesi üzrə üstünlükdür); 
  • İş təcrübəsi: Az Alkoqollu və alkoqolsuz içkilər sahəsində keyfiyyət mütəxəssisi və ya aparıcı keyfiyyət mütəxəssisi olaraq təcrübə;

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəs);
  • Servis şirkət tərəfindən təmin olunur;

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə;

 

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyət üzrə aparıcı mütəxəssis ” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi