İnzibati şöbənin mütəxəssisi

İşin təsviri

İş yeri: İcbari Sığorta Bürosu  

İş yeri: Bakı.

Əsas vəzifə öhdəlikləri:

  • Büronun inzibati binasının istismar olunan daxili elektrik, isitmə-soyutma, havalandırma, su-kanal, avtomatik yanğınsöndürmə sistemlərinin, yanğınsöndürmə balonlarının, mebel inventarlarının, lift qurğularının, telefon və başqa kommunikasiya şəbəkələrinin müntəzəm texniki baxışını və cari təmirini təmin etmək;
  • Büronun fasiləsiz elektrik, su, qaz, istilik, telefon və digər telekommunikasiya vasitələri ilə təchizatını təmin  etmək;
  • Təchizat planlarının hazırlanmasında iştirak etmək;
  • Bağlanmış müqavilələr əsasında alınmış əsas vəsaitlərin, qeyri-maddi aktivlərin mədaxil-məxaricini və tələbat üzrə sifarişçi struktur bölmələrə paylanmasını təmin etmək;
  • Büronun əsas vəsaitlərinin, azqiymətli və tezköhnələn inventarlarının və digər mal-materialın inventarizasiyasında və hərəkətinə nəzarət olunmasında iştirak etmək;
  • Ofisin sanitar-gigiyena qaydalarına uyğun saxlanması, istismarı, gigiyenik normalara riayət olunmasını təşkil və nəzarət etmək;

Dil bilikləri: Azərbaycan dili - əla

İş Təcrübəsi: Ən azı 3 il iş təcrübəsi;

Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz.