Təhlil üzrə mütəxəssis / Təhlil üzrə aparıcı mütəxəssis

  • Kontakt Home
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 03.04.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətdə hissəvi ödəniş əməliyyatları üzrə qərarvermə prosesini dəstəkləyən və müşayət edən hesabatların təşkil edilməsi;
  • Hissəvi Ödəniş Əməliyyatları işində Şirkətin aidiyyəti struktur bölmələrinə hesabatlıqla bağlı metodoloji yardım göstərilməsi;
  • Hissəvi ödəniş əməliyyatları ilə bağlı məlumatlar və hesabatlar əsasında idarəetmə hesabatı formalarını, onların təqdim edilmə tezliyinin müəyyənləşdirilməsi;
  • Şirkətin daxili sistemində yaranan nasazlıqlar barədə məlumatların araşdırılması və birbaşa rəhbərinə təkliflər hazırlaması;
  • Hissəvi ödəniş əməliyyatları ilə bağlı layihələrdə iştirak, onlar üzrə birbaşa rəhbərinə təkliflərin verilməsi;
  • Şirkətdaxili strukturlardan daxil olan sorğuların cavablandırılması;
  • Ehtiyac olduğu təqdirdə satış nöqtələrinə səfərlər edib çatışmamazlıqları təhlil edilməsi.

Tələblər:

  • Ali təhsil ( İqtisadiyyat və ya idarəetmə sahəsi üzrə);
  • Səlis azərbaycan və rus dili, terminləri anlama səviyyəsində ingilis dili biliyi;
  • Microsoft Office proqramları, xüsusən Excell üzrə yaxşı səviyyədə biliklər (hesabatların tərtib edilməsi və avtomatlaşdırma bilikləri);
  • 1C və Mikro Fly proqramları üzrə biliklər arzu olunandır;
  • SQL bilikləri arzu olunandır;
  • Böyük məlumat bazası ilə işləmə qabiliyyəti;
  • Yüksək şifahi və yazılı ünsiyyət bacarığı;
  • Analitik düşüncə;
  • Detallara diqqət;
  • Məsuliyyətlilik;
  • Komandada işləmək bacarığı;
  • Qərar qəbul etmə və problem həll etmə bacarığı.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;
  • Əmək haqqı: 2000-2500 AZN.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi