İşin təsviri
Vəzifə öhdəlikləri:
- Sosial Media hesablarının idarə olunması
- Aylıq plan əsasında səhifələrdə paylaşımların olunması
- Sosial Media təqvimin həftəlik/aylıq kontent planının hazırlanması və planlaşdırılması
- Gündəlik olaraq şəkil və mətn daxil olmaqla sosial mediada paylaşımların yaradılması və yerləşdirilməsi
- Yaradıcı kontent və mətnlər hazırlaya bilməli
- Dizaynerə brif verməyi bacarmalı
- Reels və qısametrajlı videolar üçün ssenarilər hazırlamalı
- Hazırlanan ssenari və dizayn üçün olan brifləri aydın şəkildə izah etməyi bacarmalı
- Sahəsinə dair yaradıcı təkliflərin irəli sürülməsi
Tələblər:
- Müvafiq sahədə iş təcrübəsinin və ya portfoliosunun olması
- Azərbaycan dillərində səlis danışma və yazma qabiliyyəti, rus dili, ingilis dili (arzuolunandır)
- Tapşırıq üzrə funksional həllər təklif etmə bacarığı;
- Yaradıcı, kreativ düşüncə qabiliyyəti;
- Detallara qarşı diqqətlilik;
- Komanda ilə işləmə bacarığı;
- Araşdırma və Aİ ilə işləməyi bacarmalı
- Peşəkar formada yazılı və şifahi ünsiyyət qurmağı bacarmalı
- Orfoqrafik qaydaları tam bilməli və yazdığı mətnlərdə buna əməl etməli
- Hazırladığı materialları planlı və deadline əsasında təqdim etməyi bacarmalı
İş qrafiki:
- İş saatları həftə içi 09:00 – 18:00;
- İş yeri: Knightsbridge Residence, Baku White City, Fəvvarələr küçəsi, 3,
- Əmək haqqı müsahibə əsasında təyin olunur
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Müraciət qaydaları:
CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Digital Copywriter” yazıb göndərməklə müraciət edə bilərsiniz.