Risklərin idarəedilməsi şöbəsinin mütəxəssisi

İşin təsviri

Hüquqları:

  • Cəmiyyətin strateji inkişaf planı, idarəetmə orqanlarının və struktur bölmələrinin Cəmiyyətin bütün əmr, qərar, sərəncam, məktub və digər normativ, habelə tövsiyə xarakterli məlumatlarını əldə etmək;
  • Qanunvericiliyə, Cəmiyətdaxili siyasət və qaydaların tələblərinə uyğun olmayan kreditləri təsdiq etməmək;

Əsasə vəzifələri:

  • Cəmiyyətin kredit və risklərin idarə edilməsi siyasətlərinin, Cəmiyyətdaxili qaydaların hazırlanmasında və onların təkmilləşdirilməsində iştirak edir.
  • Cəmiyyətin bütün riskləri üzrə diversifikasiya limitləri, qərar qəbuletmə səlahiyyətləri üzrə təkliflər hazırlayır, onlar risklilik nöqteyi-nəzərdən daima təhlil edir və təkmilləşdirilməsi üçün təkliflər hazırlayır.
  • Risklərin idarə edilməsi işində Cəmiyyətin bütün struktur bölmələrinə metodiki köməkliklər edir.
  • Riskləri daim qiymətləndirir və onların minimallaşdırılması üzrə şöbə müdirinə təkliflər hazırlayır.
  • Risklər üzrə hesabatlar hazırlayır.
  • ABS-də kreditləşmə əməliyyatlarını təstiq edir və nəzarət edir.
  • Kredit qovluqlarının aparılması və saxlanılmasını təşkil edir.
  • Kredit qovluqlarının yoxlanılması.
  • Kreditlərin ödənilməsinə nəzarəti təşkil edir.
  • Kreditləşmə ilə bağlı MKR-ə məlumatların verilməsini təşkil edir.
  • Kreditləşmə ilə bağlı hesabatları hazırlayır.
  • Kreditlərin monitorinqini həyata keçirir.
  • Partnyorların monitorinqini həyata keçirir. 
  • Risk analizinin həyata keçirilməsi.
  • Kredit siyasətinə uyğun olaraq, kredit qovluqlarının problemli kreditlərin idarə edilməsi və hüquq şöbələrinə verilməsi və qəbulunu həyata keçirir.
  • Risklərin idarə edilməsi işinin Bazel Komitəsinin prinsip və tövsiyyələrinə, Azərbaycan Mərkəzi Bankının normativ sənədlərinin tələblərinə uyğun qurulmasını təmin edir.
  • Şübhəli əməliyyatlar üzərində nəzarəti təmin edəcək tədbirlər görür.
  • Şöbə müdirinin risklərin minimallaşdırılması ilə əlaqədar ona həvalə etdikləri digər vəzifələri həyata keçirir.

Vəzifəyə olan tələblər:

  • ali təhsil;
  • kredit və ya risk sahəsində ən azı 1 il təcrübə;
  • analitik qabiliyyət;
  • ehtiyatlılıq;
  • nəzarət edə bilmə qabiliyyəti;
  • komandada işləmə bacarığı;
  • gərgin iş rejimində işləmə bacarığı;
  • MS Office proqramlarından mükəmməl istifadə bacarığı.

Vəzifə üzrə əmək haqqısı: 500-800 AZN + bonus

İş vaxtı: 1-5 gün, saat 10:00-18:00; 6-cı gün 10:00-16:00