Monitorinq üzrə mütəxəssis

İşin təsviri

Struktur bölməsi: Risklərin idarə edilməsi şöbəsi
Birbaşa tabedir: Risklərin idarə edilməsi şöbəsinin müdirinə

Hüquqları:

  • Cəmiyyətin strateji inkişaf planı, idarəetmə orqanlarının və struktur bölmələrinin Cəmiyyətin bütün əmr, qərar, sərəncam, məktub və digər normativ, habelə tövsiyə xarakterli məlumatlarını əldə etmək;
  • İşin təkmilləşdirilməsi və nöqsanların aradan qaldırılması üçün rəhbərliyə təkliflər vermək;

Əsas vəzifələri:

  • Müştərinin ev telefonu və sistemdə qeyd olunan bütün telefon nömrələrinin telefon axtarışı sistemində yoxlanılması;
  • Müştərilərlə telefon əlaqəsi saxlanılması və məlumatların dəqiqliyinin yoxlanılması;
  • Müştərilərin iş yerinə, ailə üzvlərinə, qohumlarına zənglərin olunması;
  • Müştəriyə aid olan digər məlumatların sistemdə yoxlanılması;
  • Girov predmetinin qaimədə göstərilən ünvana çatdırılmasının yoxlanılması;
  • Müştərilər tərəfindən ilkin ödəniş edilməsinin və ilkin ödənişin sistemdə mövcudluğunun yoxlanılması; 
  • Qaimədə qeyd edilən girov predmetinin qiymətinin yoxlanılması;
  • Kredit komitəsinə müraciətlərin çıxarılması üçün birbaşa rəhbərə məlumat vermək;
  • Riskləri və problemləri müəyyən edə bilmə bacarığı;
  • Kommersiya sirrinin qorunub saxlanılması;
  • Cəmiyyətdə qəbul olunmuş qərarlar, qaydalar və təlimatların tələblərinə uyğun hərəkət etmək.
  • Cəmiyyət daxili qaydalara əsasən verilmiş kreditlərin monitorinqini təşkil edir.
  • Partnyorların monitorinq olunması.
  • Risk analzinin həyata keçirilməsi.

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (iqtisadiyyat, riyaziyyat və hüquq arzuolunandır);
  • Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) ən azı 1 il iş stajının olmasına üstünlük verilir;
  • Azərbaycan dilini bilmək (ingilis və rus dilini bilmək arzuolunandır);
  • Məsuliyyətli, təşəbbüskar və  ünsiyyət qurma bacarığının olması;
  • Komandada işləmək bacarığı;
  • Nəzarət edə bilmə qabiliyyəti;
  • Analitik qabiliyyət;
  • MS office proqramlarında sərbəst şəkildə işləyə bilmək;

Vəzifə üzrə əmək haqqısı: 500-1000 AZN 

İş vaxtı: 1-5 gün, saat 09:00-18:00