İşin təsviri
İş barədə məlumat:
- Mühasibat və vergi uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi uçotun aparılmasını təşkil etmək;
- Vergi hesabatlarının (Mənfəət, ÖMV, ƏDV, DSMF və s.) təqdim edilməsi;
- Müəssisə üzrə aylıq, rüblük və illik hesabatların vergi, statistika və DSMF-na göndərilməsi;
- ƏDV depozit hesabı və Şəxsi hesab vərəqəsinə nəzarət etmək, ödənişləri təmin etmək;
- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı;
- E-portal proqramı ilə işləmək bacarığının olması;
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;
- Daxil olan pul vəsaitlərinin və əsas vəsaitlərin uçotunu aparılması;
- Əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, qoyulan vaxt ərzində ödənilməsi;
- Balansın və onun əlavələrinin tərtib edilməsinə və aidiyatı üzrə təqdim edilməsi;
- Xərclərə nəzarət və optimallaşdırılması üçün təkliflərin hazırlanması;
- Müəssisə rəhbərliyi tərəfindən verilən əmrlərin, sərəncamların və digər yazılı göstərişlərin icrasının təşkili;
- İş qrafiki: Həftə içi 5 iş günü, 09:00-dan - 18:00-dək.
- Şənbə və bazar istirahət günləri.
Namizədə tələblər:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə)
- Mühasibatlığa dair cari qanunvericilik (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə) aktlarına dair bilik.
- İnternet bankinq ilə işləyə bilməli.
- Mühasibat uçotu standartlarının(qaydalarının) tətbiqi.
- Maliyyə uçotu standartlarına əsasən Maliyyə hesabatlarının Balans, PL (Mənfəət və Zərərin hesabatı), Cash Flow (Pul vəsaitlərinin hərəkəti hesabatı), Kapitalın hərəkəti hesabatının tərtib etmək.
- 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi
- Kompüter bilikəri (Word , Excel)
Göstərilən tələblərə cavab verən namizədlər öz ya CV formasını elektron poçt ünvanına, mövzu hissəsinə “Aparıcı mühasib” yazaraq göndərə bilərlər