Kimyəvi ayırma aparatçısı

İşin təsviri

Vəzifənin məqsədi:

  • İşlənmiş çirkab suların yığılmasında iştirak edilməsi, kimyəvi turşunun qəbul olunması, kimyəvi reagentlərin hazırlanması və müvafiq tutumlara vurulmasının həyata keçirilməsini təmin etmək.

Vəzifə öhdəlikləri:

  • Karbohidrogenlərin, natrium sodanın ayrılması texnoloji prosesinin aparılması və müvafiq sahəyə nəzarət edilməklə və onun işini əlaqələndirmək;
  • İş təlimatlarına uyğun olaraq texnoloji prosesi idarə etmək və tənzimləmək; 
  • Analizlərin və müşahidələrin nəticələrinə görə prosesi tənzimləmək; 
  • NÖC-ün, avtomatika vasitələrinin göstəricilərinə, xidmət olunan avadanlığın vəziyyətinə və işinə nəzarət etmək; 
  • Xammal sərfinin və hazır məhsulun çıxışının hesablanması, analizlərin nəticələrinə görə onların keyfiyyətini müəyyənləşdirmək; 
  • Yoxlama analizlərini aparmaq; 
  • Əsas və köməkçi avadanlığın təmir işlərində iştirak etmək. 

Tələblər:

  • Müvafiq sahə üzrə orta ixtisas təhsili;
  • Müvafiq ixtisas kursunun (sertifikat, vəsiqə, lisenziya) keçilməsi üstünlükdür;
  • Müvafiq sahə üzrə iş təcrübəsinin olması üstünlükdür;
  • Ayırma sahəsinin və başqa xidmət olunan sahələrin texnoloji sxemini bilməli;
  • Əsas və köməkçi avadanlığın, NÖC-ün, avtomatika vasitələrinin quruluşunu bilməli;
  • Kommunikasiyaların sxemini;
  • Xammala və hazır məhsula qoyulan texniki tələbləri;
  • Texnoloji prosesin nizamlanma qaydasını;
  • Analizlərin aparılma metodikasını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını bilməlidir.

İş yeri: Metanol Zavodu

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “Kimyəvi ayırma aparatçısı” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.         

Son müraciət tarixi: 06.04.2024

İşəgötürənin reytinqi