Baş Auditor

İşin təsviri

Təsvir:

  • Biznes proseslərinin, şərt və risklərinin tam şəkildə başa düşülməsini təmin etmək;
  • Audit proqramını hazırlamaq və audit prosedurlarını (audit test, müsahibələr v s.) icra etmək;
  • Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyətdə həyata keçirmək;
  • Audit işçilərinin işinə rəhbərlik etmək, istiqamətləndirmək və dəstək olmaq;
  • Rəhbərlik üçün audit müşahidələri və müvafiq fəaliyyət planı daxil olmaqla audit hesabatını hazırlamaq / nəzərdən keçirmək;
  • Audit nəticələrinin düzgün sənədləşdirilməsini təmin edən sübutları toplayaraq nəzərdən keçirmək;
  • Daxili Audit əməkdaşlarının inkişafında iştirak etmək və onların fəaliyyətini qiymətləndirmək.

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;ə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi əlavə edərək vakansiya üzrə müraciət edə bilərsiniz.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Tələblər:

  • Ali təhsil (maliyyə, hüquq, ali riyaziyyat);
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
  • 1C və ya Mikro mühasibatlıq proqramları üzrə istifadəçi təcrübəsi arzu olunandır;
  • Yerli və Beynəlxalq Mühasibat Uçotu standartları və müvafiq vergi qanunvericiliyi üzrə biliklər;
  • İstehsalat və aqronomiya sahələrində biliklər arzu olunandır;
  • Microsoft Excel, Word, Power Point proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Güclü analitik və riyazi düşüncə bacarığı;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
  • CIA və ACCA üzrə sertifikatlarının olması üstünlükdür;
  • Ezamiyyələrə açıq olmalıdır.