İşin təsviri
Vəzifə öhdəlikləri:
- Mexaniki təmir sahəsinin 6-cı dərəcəli tornaçısı torna, itiləyici,deşikaçan tipli metal emalı dəzgahları vasitəsi ilə müxtəlif mürəkkəblikli və qabaritli detal və qovşaqların tam torna emalını tələb edilən dəqiqlik göstəricilərinə uyğun yerinə yetirir;
- Düzgün və düzgün olmayan formalı detalların torna emalını verilən forma və ölçülərdə aparılmasını təmin edir;
- Pəstahlarda silindrik və konusvarı səthlərin, yan müstəvi səthlərinin, mürəkkəb konfiqurasiyalı səthlərin emalını aparır;
- Pəstahların xarici və daxili səthlərində yivlər açır, iç yonuş kəskiləri ilə daxili səthləri emal edir;
- Xüsusi alət və tərtibatlar tətbiq etməklə deşiklərdə iç yonma, təbəqə materiallarda müxtəlif diametrli deşiklər kəsmək və digər əməliyyatlar aparır;
- Yalnız saz alətlərlə işləyir, çatışmamazlıqlar barədə sahənin mühəndis-texniki işçilərini məlumatlandırır;
- Əməyin mühafizəsi üzrə təlimatların tələblərinə riayət edir, digər işçilərin də bu tələblərə əməl etməsinə nəzarət edir;
- İstehsalat, vəzifə, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın mühafizəsi üzrə təlimatları bilir və özündən aşağı dərəcəli tornaçılara aşılayır;
- Fərdi mühafizə vasitələrindən istifadə edir;
- Ərazinin abadlaşdırılmasında, ekologiyaya zərər vuran tullantıların toplanmasında iştirak edir;
- Tullantıların idarə olunması proseduruna əməl etməklə iş yerini təmiz saxlayır, ətraf mühitin çirklənməsinin qarşısını alır;
- Tabeçiliyinə verildiyi işçinin (briqadir, mexanik, usta) göstərişlərini yerinə yetirir.
Tələblər:
- Torna sahəsi üzrə peşə/ orta ixtisas təhsili olmalı;
- Müvafiq peşə üzrə sertifikat olması üstünlükdür;
- Torna işləri ilə bağlı 0-1 il iş təcrübəsi.
İş yeri: Qaz Emalı Zavodu
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “Tornaçı” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 06.04.2024