Satınalma üzrə menecer

  • SR Auto
  • Elanın qoyulma tarixi: 28.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • İş təcrübəsi: müvafiq sahə üzrə 3 illik iş təcrübəsi;
  • Ali təhsil (Müvafiq sahə ilə bağlı beynəlxalq sertifikatlar üstünlük sayılır);
  • Azərbaycan dili və rus dili-əla, ingilis dili-yaxşı; 
  • Yerli və xarici bazarda qiymət araşdırmasının aparılması bacarığı;
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı.

Vəzifələr:

  • Şirkətin fəaliyyəti üçün zəruri olan mal və materialların, avadanlıqların daha əlverişli şərtlərlə təchizi üçün müvafiq araşdırmalar aparmaq və nəticəsi barədə departamentin direktoruna məlumat vermək;
  • Daim alternativ xarici və yerli tədarükçü firmaların axtarışını aparmaq, bazar qiymətlərinə tam bələd olmaq;
  • Mövcüd təchizatçılarla uyğun iş şərtlərinin razılaşdırılması və müqavilələri bağlamaq;
  • Baş ofis, departamentlər və filiallardan gələn satınalma sifarişlərinin qəbulu və qiymətləndirilməsini yoxlamaq;
  • Sifarişin qəbulu, malın çatdırılması, xidmətlərin icrası və tədarükçülərə ödənişlərin icra olunması mərhələlərini əhatə edən satınalma prosesinin tam sənədləşdirilməsi və icrasına nəzarət etmək;
  • Tədarükçülərlə bağlanmış müqavilələrin, hazırlanmış qiymət-razılaşdırma protokollarının tələblərinə riayət olunmasına nəzarət etmək; 
  • Sifarişlərin əvvəlcədən müəyyən edilmiş zaman intervalında icra edilməsini təmin etmək;
  • Təchizatçıların bazasının mütəmadi yeniləmək və təchizatçı firmalarla danışıqlar aparmaq;
  • Keyfiyyətə nəzarət və təhlükəsizlik məsələlərinə ciddi diqqət yetirmək və proses boyu nəzarət etmək.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində Satınalma üzrə menecer qeyd edərək CV formasını elektron ünvanına göndərməklə müraciət edə bilərlər.