Rəqəmsal marketinq üzrə mütəxəssis

İşin təsviri

Xüsusi tələblər:

  • Təhsil: Ali (Biznes, menecment və ya marketinq sahələri üzrə);
  • Rəqəmsal marketinq sahəsi üzrə 1-3 ilədək iş təcrübəsi;
  • Rəqəmsal marketinq sahəsi üzrə tanınan diplom və ya dərəcəyə sahib olunması arzu olunandır;
  • Rəqəmsal marketinq üzrə istifadə edilən analitik proqramlardan (Google Analytics, Net Insight, Omniture, Web Trends, SEMrush, Data Studio) sərbəst istifadə qabiliyyəti;
  • İngilis və rus dilllərində yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;

Vəzifə öhdəlikləri:

  • Müxtəlif metodlardan istifadə edərək rəqəmsal marketinq planını effektiv şəkildə hazırlamaq və icrasını təmin etmək;
  • Rəqəmsal marketinq büdcəsinin planlaşdırılması, nəzarət edilməsi və hər bir yerləşdirmə kanalları (ödənişli media, mobil, sosial və s.) üzrə maksimal effektivliyin əldə edilməsinə nəzarət etmək;
  • Google Search, Google Display, YouTube video reklamları və e-poçt marketinqi ilə bağlı bütün rəqəmsal marketinq fəaliyyətlərini icra etmək;
  • Mütəmadi olaraq rəqəmsal məlumatların və KPI göstəricilərinin dərin təhlilini yerinə yetirmək, məlumatların tam və düzgün şəkildə digər tərəflərə çatdırılmasını təmin etmək;
  • Vebsayt üzərindən effektivliyin ölçülməsi məqsədi ilə müxtəlif testləri yerinə yetirmək;
  • Məhsul və xidmətlərin istifadəçilərinin artımını təmin etmək üçün yeni rəqəmsal kanalları sınaqdan keçirmək;
  • Onlayn analitika platformaları əsasında optimallaşdırılma apararaq düzgün rəqəmsal müştəri strategiyalarının qurulmasını təmin etmək;

Müraciət etmək üçün karyera platformasında şəxsi kabinet yaradaraq müvafiq vakansiya üzrə müraciətinizi ünvanlaya bilərsiniz.

İşəgötürənin reytinqi