Mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət və təhlil
  • Avans sahiblərinin balanslarına nəzarət etmək
  • İşçilərlə hesablaşmaların təmin edilməsi 
  • Bank, Kassa, Əmək haqqı sənədlərinin işlənməsi və uçotunun aparılması
  • Bank və kassa əməliyyatları üzrə pul vəsaitlərinin hərəkətinin hesabatını hazırlamaq
  • Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq
  • Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırmaq
  • Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq
  • Bütün növ mühasibat əməliyyatlarının mühasibatlıq proqramına daxil edilməsi
  • Maliyyə hesabatlarının tərtib edilməsi
  • Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi
  • Müəssisələrdən gələn hesabatlara əsasən məlumatların uçota alınması;
  • Maliyyə ehtiyaclarının və maliyyə xərclərinin analiz edilməsi;
  • Mənfəət və zərər hesabatının, kapitalda dəyişikliklər haqqında hesabatın hazırlanması.

Tələblər:

  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il;
  • Təhsil: Ali;
  • 1C proqramından istifadə bacarığı;
  • MS Excel proqramından istifadə bacarığı;
  • ACCA sertifikatı olması üstünlükdür;
  • Problem həll etmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;

Əməkhaqqı: Namizədə görə dəyişir.

İş şərtləri:

  • 5 günlük iş həftəsi;
  • İstirahət günü: Şənbə və Bazar

Müraciət qaydaları: 

CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Brandlux Trade & Distribution tərəfindən digər vakansiyalar