Korporativ satış təmsilçisi

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 27.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi, analiz edilməsi;
  • Korporativ müştərilərin, dizaynerlərin cəlb edilməsi və satışın artırılması məqsədilə yeni təkliflər vermək;
  • Şirkətlər ilə görüşlər keçirilməsi, şirkət məhsulları ilə bağlı təqdimatların aparılması, bazardakı yeni layihələr haqqında məlumatların toplanması;
  • Şirkətin yenilikləri barədə müştərilərin davamlı olaraq məlumatlandırılması;
  • Görülən işlər haqqında gündəlik, həftəlik hesabatların hazırlanması;
  • Şirkətin prinsiplərinə, missiyasına sadiq olmaq; 

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • 22-40 yaş həddi;
  • Minimum 2 il korporativ satış sahəsində iş təcrübəsi  olmalı;
  • Kollektivlə işləməyi bacarmalı;
  • Korporativ satışın texnikalarını üsul və tətbiqi qaydalarını bilməli;
  • Analitik təhlil qabiliyyətinə sahib olmalı; 
  • Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli;
  • İşgüzar ünsiyyət və danışıqlar aparılması bacarıqlarının olması;
  • MS Office proqramları biliyi;

Əlavə məlumat:

  • İş qrafiki: 10:00-19:00
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Korporativ satış təmsilçisi”sözlərini qeyd edərək e-ünvanına göndərsinlər. 

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.