Korporativ Satış üzrə Assistent

İşin təsviri

Namizədə olan tələblər:

  • Təhsil: Ali təhsil;
  • MS Word və MS Excel proqramlarını baza səviyyədə bilməli; 
  • Sənədlərlə iş üzrə 1 ilə qədər təcrübəsi olmalı; 
  • 1C proqramında işləmək bacarığı olmalı.

Vəzifə öhdəlikləri:

  • Alqı-satqı müqaviləsinin və qiymət razılaşdırılma protokolunun hazırlanması və şirkətdaxili rəsmi təsdiqlənmənin təmin edilməsi; 
  • Korporativ müştərilərlə qarşılıqlı borclar üzrə üzləşmə aktlarının hazırlanması və satış mütəxəssisinə şirkətdaxili təsdiqlənmənin təmin edilməsi; 
  • Sifarişlərin 1C proqramına daxil olunması və məhsulların müştəriyə çatdırılması üçün korporativ satış tərəfindən tələb olunan sənədlərin təmin olunması; 
  • Korporativ müştərilərlə rəsmi sənədlərin yerdəyişməsinə və arxivləşdirilməsinə nəzarət edilməsi; 
  • Anbarda olmayan məhsullar üzrə korporativ satış qiymətinin təyin olunmasının təmin edilməsi; 
  • Tapaqro üzərindən satışların qeydiyyatının aparılması və ödənişlərin həyata keçirilməsi; 
  • Kommersiya təkliflərinin hazırlanmasında satış mütəxəssislərinə dəstək olunması; 
  • Aylıq/rüblük/illik korporativ satış hesabatlarının hazırlanması.

İş şərtlərimiz:

  • Əmək haqqı: 554-631 AZN;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.   

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ Satış üzrə Assistent” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.