Satış rəhbəri

  • Auto Azerbaijan
  • Elanın qoyulma tarixi: 27.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri: 

Aşağıdakılardan ibarətdir, lakin yalnız onlarla məhdudlaşmır:

  • Satış hədəflərinin müəyyən olunması
  • Satış departamentinin strateji və əməliyyat planlarının hazırlanmasında yaxından iştirak edilməsi 
  • Müəssisənin satış ilə əlaqəli strategiyasının və büdcəsinin işlənib hazırlanması, 
  • Daxili və xarici bazarın analizi, araşdırılması və öyrənilməsi
  • Bazarın artım tempinin öyrənilməsi, bazar payının dinamikasına nəzarət
  • Satış qiymətlərini müəyyən etmək üçün rəqabətin və tələb və təklifin qiymətləndirilməsi
  • Bazarın tələbinə uyğun olaraq düzgün modellərin planlanması və satış siyasətinin müəyyən edilməsi
  • Satış və sifariş planlamanın həyata keçirilməsi və il boyu nəzarətdə saxlamaq
  • Bazarın dinamikliyinin mütəmadi olaraq ölçülməsi
  • Potensial satış bazarının və müştəri auditoriyasının müəyyən edilməsi
  • Yeni avtomobil ehtiyaclarını müəyyənləşdirilməsi, avtomobilin növlərinin artırılması üzrə strategiyalar hazırlamaq
  • Müştəri bazasının genişləndirilməsi istiqamətində planların hazırlanması və icra edilməsi
  • Satış komandasının performansının izlənilməsi və artırılması istiqamətində fəaliyyətlərin icrası
  • Stokda olan avtomobillərin yenilənməsinə davamlı nəzarət və stokda saxlama müddətini diqqətdə saxlamaq

Tələblər:

  • Ali təhsil (marketinq, iqtisadiyyat, menecment üzrə);
  • Əlaqədar sahə üzrə ən azı 5 il idarəetmə təcrübəsi;
  • Xarici dil biliyi (İngilis, Rus)
  • MS Office və ERP proqramlarından istifadə 
  • Bazar araşdırması metodlarını və analizini yüksək səviyyədə bacarmaq;
  • Task menecment və CRM sistemi ilə işləmə bacarığı
  • Komanda qurmaq,işçilərə təsir və onları motivasiya etmək bacarığı
  • Yüksək səviyyədə ünsiyyət, təşkilatçılıq və liderlik bacarıqları;
  • Məsuliyyətlilik, analitik düşüncə tərzi.

Əmək şəraiti:

  • İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118
  • 6 günlük iş rejimi;
  • Əmək haqqı –  Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.

Bu iş üçün müraciət etmək istəyirsinizsə  CV-nizi "Satış rəhbəri" başlığı ilə e-mail ünvanına göndərə bilərsiniz.