Marketinq üzrə mütəxəssis

  • Nazim1001
  • Elanın qoyulma tarixi: 26.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Xanım işçi;
  • Ənənəvi və Rəqəmsal marketinq üzrə təcrübə, bütün növ dijital platformalarda (Facebook Business, Instagram, LinkedIn və s);
  • Brendə uyğun strategiyanın və rüblük marketinq planını yaza bilmək;
  • Dil bilikləri: Azərbaycan, İngilis dili yaxşı səviyyədə;
  • Marketinq sahəsində 3il təcrübə; 
  • İnsanlarla əla ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Yaradıcılıq, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı;
  • Yaş həddi 28-35 yaş arası;

Vəzifəyə aid tələblər:

  • Xarici satış kanallarını müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır.
  • Email marketinq sahəsində mütəmadi olaraq mass mail konseptlərinin hazırlayır və təqdimatını aparır;
  • Müştəri bazasını genişləndirir;
  • Şirkət bloqunun moderasiyasını aparır;
  • Şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlayır və gedişi ilə əlaqədar rəhbərə hesabat yazaraq təqdim edir;
  • İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil edir;
  • Tizer və banner şəbəkələri ilə iş aparır;
  • Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparır;
  • Satış məqsədləri üçün PR və reklam mətni hazırlayır;
  • İstifadə olunan saytların effektivliyini təhlil edir;
  • Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin edir;

Əlavə məlumat:

  • İş yeri: Bakı şəhəri;
  • Əmək haqqı namızədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə təyin ediləcək
  • İşçi korporativ telefon, nömrə və danışıq balansı ilə təmin olunur;
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;

Tələblərə uğun namizədlər mövzu yerində “Marketinq üzrə mütəxəssis“ qeyd edərək öz CV-lərini e-mail ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.