İşin təsviri
Vəzifə öhdəlikləri:
- Alınacaq hər bir məhsul üçün qiymət müqayisəsi aparmalı və rəhbərliyə təkilflərini təqdim etmək təqdim etməli;
- Aylıq hesabatların rəhbərliyə təqdim olunması;
- Yüksək keyfiyyətli məhsulları ən uyğun qiymətə əldə etmək üçün idarəetmənin bütün üzvləri ilə sıx əməkdaşlıq etmək;
- Təsərrüfat xərci büdcələrini hazırlamaq, xərcləri nəzarətdə saxlamaq, hesabat və xərclərin optimallaşdırılması üçün təkliflər vermək;
- Təsərrüfat anbarına nəzarət etmək və sifariş əsasında malları işçilərə paylamaq;
- Təsərrüfat və digər məhsulların qalığına daima nəzarət etmək;
- Təmirə ehtiyacı olan işlərin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması;
- Ofis binasında maksimum təmizliyin olması üçün təmizlikçilərin mal, material və alətlərlə təmin olunmasını təşkil etmək.
- Ona tabe olan işçilərin nizam intizam qaydalarına etməsinə nəzarət etmək.
- Ofis içində yaranan texniki problemlərin aradan qaldırılması
- Anbara daxil olan və çıxan malların uçotunun aparılması;
- Şirkətin sanitar qaydalara uyğun səliqəli və təmiz saxlanılmasını təmin etmək;
- Sifarişlər üçün ayrılan pul vəsaitinə görə məsuliyyət daşımalı;
- Rəhbərliyə aylıq görülən işlər ilə bağlı hesabatın göndərilməsi;
- Baş verən fors-major hadisələr ilə bağlı rəhbərliyə məlumat verilməsi;
- Tabeçiliyndəki materialların zərər görməməsi üçün lazımi nəzarəti və təhlükəsizliyi təmin etmək.
- Aidiyyatı şöbənin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər görmək;
- İstifadə üçün nəzərdə tutulmuş bütün məhsullar haqqında məlumatların dəqiq qeydiyyatını aparmaq;
- Təsərrüfat məsələləri ilə bağlı işçilərin müraciət və şikayətlərini həll etmək;
- Sürücülərin yanacaqlarının vurulması
- Nəqliyyatların sığortasına nəzarət
- Əməkdaşların işgüzar səfərə getməsinin təşkili
Tələblər:
- Ali təhsilli olmalı;
- Dil bilikləri: Azərbaycan dili – səlis;
- Kompüter bilikləri: MS Office
- Dinamik, öyrənməyə həvəsli, idarəçilik və təşkilatçılıq bacarığı
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Yaş: 26-40 yaş aralığında namizədlər;
- Stresə davamlılıq və komandada işləmək bacarığı;
İş şərtləri: Həftə içi 5 gün, 09:00-18:00
İş yeri: Koroğlu m, Anbarım
Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “Təsərrüfat və təchizat üzrə mütəxəssis”, qeyd etməklə CV formalarını elektron ünvanına göndərə bilərlər.