İşin təsviri
Təsvir:
- Prosedurların təsdiqi, elan edilməsi və arxivləşdirilməsi proseslərini idarə etmək.
- Yeni biznes proseslərinin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi;
- İş axışlarının “AS IS” və “TO BE” modellərin tərtib edilməsi və birbaşa rəhbərə təqdim edilməsi;
- Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin görülməsi, biznes proseslərin monitorinqinin keçirilməsi;
- Əməliyyat sistemi üzərindən proseslərin izlənilməsi və onların normativ sənədlər formasında tərtib edilməsi;
- Biznes proseslərini tənzimləyən daxili normativ sənədlərin hazırlanması və yenilənməsi;
- Biznes proseslərini tənzimləyən daxili normativ sənədlərin hazırlanması və yenilənməsi;
- Dərc edilmiş prosedurların icrası və hesabatın verilməsi.
- Birbaşa rəhbərinin tapşırıqlarının vaxtında və keyfiyyətli yerinə yetirilməsi, və sorğu əsasında hesabatın təqdim edilməsi.
Tələblər:
- Ali təhsil (Biznesin idarə edilməsi və ya əlaqəli ixtisaslar üzrə), MBA diplomu arzu olunandır;
- Biznes proseslərinin idarə olunması üzrə və yaxud Biznes konsaltinq sahəsində 1 il iş təcrübəsi;
- Azərbaycan dili biliyi həm yazı, həm şifahi əla, ingilis dili və rus dili biliyi arzu olunandır;
- Microsoft Office proqramları (Excel, Word, Visio, PowerPoint);
- ERP/BPM proqram təminatların, ən azı birindən, istifadə təcrübəsi arzu olunandır.
İş şəraiti:
- İş qrafiki: 9:00-18:00
- İş günləri: I-V günlər
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.