Filial Meneceri (Şəmkir)

  • GL ASC
  • Elanın qoyulma tarixi: 19.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifələr:

  • Filialda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət edilməsi;
  • Yeni kredit və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlığın göstərilməsi;
  • Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar üzrə kreditlərin komitəyə çıxarılması;
  • Verilmiş kreditlərin izlənilməsi və vaxtında ödənişlərin təmin edilməsi;
  • Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında mütəmadi məlumat verilməsi;
  • Kredit portfelinin keyfiyyətinin qorunmasına nəzarət edilməsi;
  • Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
  • Filial üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;

Namizədə olan tələblər:

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Ali təhsil
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Yaş həddi 25-50 (yalnız bəy namizədlər)
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;

İş qrafiki:

  • Bazar ertəsi – Cümə: 09:00 – 18:00
  • Ə/h: razılaşma yolu ilə və əlavə olararq əməkhaqqının iki misli  qədər bonus əldə etmək imkanı. 

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Filial müdiri” başlığı ilə elektron ü̈nvanına göndərməkləri xahiş olunur.

Ünvan: AZ1134, Bakı şəhəri. Asif Məhərrəmov küç 22A

Əlaqə nömrəsi: (+994 50) 2911000