Hüquqşünas

İşin təsviri

Vəzifə təlimatları:

  • Müqavilələrin, sazişlərin və hüquqi xarakterli digər sənədlərin tərtib edilməsi və hüquqi təhlilinin aparılması;
  • Hüququn müxtəlif sahələrinə dair araşdırmalar və hüquqi təhlillər aparılması və müəssisənin fəaliyyəti ilə əlaqədar hüquqi məsləhətlər və rəylərin verilməsi;
  • İşəgötürənin fəaliyyəti ilə bağlı tələb edilən lisenziya, razılıq, icazə və bu xarakterli digər sənədlərin alınmasına nəzarət edilməsi və lazım olduqda, hüquqi dəstək göstərilməsi;
  • İşəgötürənin dövlət qeydiyyatına alınmalı olan məlumatlarında baş vermiş dəyişikliklərin müvafiq dövlət qurumunda vaxtında qeydiyyata alınmasını təmin etmək;
  • İşəgötürənin əməkdaşlıq etdiyi tərəflərlə danışıqların aparılması, İşəgötürənin dövlət orqanları, mediasiya və məhkəmələr, fiziki və hüquqi şəxslər, notariat qurumları qarşısında təmsil edilməsi;
  • İşəgötürənin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının qəbul etdiyi yeni normativ-hüquqi aktlar barədə müvafiq struktur bölmələrin vaxtaşırı məlumatlandırılması;
  • İşəgötürən və onun struktur bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin və müəssisə daxili qayda və prosedurların işlənib hazırlanmasında iştirak edilməsi və hüquqi dəstək göstərilməsi; 
  • İşəgötürənin idarəetmə orqanına və hüquq funksiyasının rəhbərinə hüquqi məsələlərin statusu ilə bağlı vaxtaşırı hesabatların təqdim edilməsi;
  • İşəgötürən və hüquq funksiyasının rəhbəri tərəfindən hüquq funksiyasının icrası ilə əlaqədar verilən hansı digər tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
  • İşəgötürənin və hüquq funksiyasının rəhbərinin tələbi ilə vaxtaşırı olaraq işəgötürənin regionlardakı müəssisələrinə ezamiyyələrin edilməsi.

Tələb olunan təhsil və təcrübə:

  • Ali hüquqi təhsil (magistratura təhsili arzuolunandır);
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
  • Korporativ və kommersiya hüququ, torpaq qanunvericiliyi sahəsində bilik və təcrübə.

Tələb olunan Bilik, Bacarıq və Davranış səriştəlilikləri:

  • Azərbaycan və İngilis dillərində yüksək səviyyədə danışıq və yazı qabiliyyəti;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • İşi düzgün təşkil etmə və təqdim etmə bacarığı və metodik yanaşma;
  • Öz təşəbbüslərindən  istifadə etmək bacarığı.

Maraqlanan şəxslər CV-lərini elektron ünvanına mövzu yerində “Hüquqşünas” qeyd etməklə göndərə bilərlər.

Yalama Agropark MMC tərəfindən digər vakansiyalar