Satış nümayəndəsi

  • Prodist
  • Elanın qoyulma tarixi: 18.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkətimizə təcrübəli və özünə güvənən Satış nümayəndəsi tələb olunur:

  • Müştərilərlə ünsiyyət qurmaq, şirkətin məhsullarını müştərilərə təqdim etmək
  • Şirkət məhsullarının isti və soyuq satışını həyata keçirmək;
  • Yeni müştərilərin tapılması və partnyor şəbəkəsinə daxil edilməsi
  • Şirkətin bazasında olan məhsulların topdan satışı üzrə danışıqların aparılması
  • Təyin olunmuş satış planlarının icrası;
  • Vaxtlı-vaxtında müştəriləri ziyarət etmək və sifarişlər götürmək;
  • Müştərilərə  xidmətlərimiz haqqında ətraflı və doğru məlumat vermək
  • Korporativ formata uyğun işgüzar danışıqlar aparılması;
  • Gündəlik fəaliyyət haqqında satış müdirinə hesabat vermək.

Tələblər:

  • Ali təhsil;
  • Sürücülük vəsiqəsi və şəxsi avtomobil olmalı;
  • Qeyd olunan sahədə azı 1-3 il iş təcrübəsi;
  • Bakı şəhər rayon və məntəqələrini yaxşı tanımalı;
  • Cins: Kişi/Qadın
  • Yaş həddi: 22-40;
  • Satış sahələrində yüksək bilik və bacarıqları olması üstünlükdür;
  • Azərbaycan dilini səlis bilməlidir, rus və ingilis dili arzuolunandır;
  • Ofis proqramları biliyi;
  • Yüksək kommunikasiya və satış bacarığı olmalı.

İş şəraiti:

  • AR qanunvericiliyinə əsasən sənədləşmə
  • İş vaxtı həftə içi 5 gün (09:00 – 18:00, şənbə, bazar-istirahət günü)
  • Şəxsi avtomobilin amortizasiya xərclərinin ödənilməsi
  • Yanacaq xərci qarşılanır;
  • Koorporativ nömrə ilə təmin olunur;
  • Rəqabətə davamlı əmək haqqı və satışa görə bonuslar
  • Karyera inkişafı imkanı

Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Satış təmsilçisi” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Prodist tərəfindən digər vakansiyalar