Komplayns Xidməti üzrə mütəxəssis/aparıcı mütəxəssis

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 16.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək, komplayns indiqatorları üzrə şirkətin mövqeyini qiymətləndirmək;
  • Komplayns ( qanunvericiliyə uyğunluq ) risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək;
  • Komplayns risklərinin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin İllik monitorinq planı əsasında uyğunluq yoxlamalarını həyata keçirməklə monitorinqini aparmaq;
  • Monitorinqlər zamanı aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması ilə bağlı tədbirlər planlarının icrasına nəzarət etmək;
  • Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək, komplayns indiqatorları üzrə şirkətin mövqeyini qiymətləndirmək;
  • Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində komplayns risk xəritəsini hazırlamaq;
  • Komplayns risklərinin aradan qaldırılması ilə əlaqədar görülməli olan tədbirlərin icrasına nəzarəti həyata keçirmək;
  • Komplayns riskləri üzrə risk iştahının hazırlanmasında iştirak etmək;
  • Yeni məhsullar, yeni proseslər, mövcud proseslərdə hər hansı dəyişiklik zamanı komplayns risk təşkil edən məsələlərlə bağlı şirkətin digər struktur bölmələrinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
  • İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş komplayns risk təşkil edən insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;
  • Know your customer, know your vendor proseslərində nəzarəti həyata keçirmək, mümkün ola biləcək riskləri öncədən qiymətləndirməklə müvafiq tədbirlər görmək;
  • Komplayns risklərinin matrisinin formalaşdırılması prosesində aktiv iştirak etmək, proseslər zəncirində risk indiqatorlarını düzgün tətbiq etməklə, risk qiymətləndirilməsini aparmaq, açıq risklər üzrə nəzarət tədbirlərinin formalaşdırılmasını həyata keçirmək;
  • Komplayns istiqaməti üzrə birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları icra etmək.

Biliklər:

  • İqtisadiyyat, maliyyə, riyaziyyat və ya hüquq üzrə ali təhsil;
  • Analiz bacarığı, risk müəyyən edilməsi, qiymətləndirilməsi bacarığı;
  • Kompüter bilikləri: peşəkar səviyyədə MS Office proqramlarından (xüsusilə Excel) istifadə bacarığı;
  • Dil bilikləri: Azərbaycan və İngilis dillərində yaxşı səviyyədə biliklərin olması. Rus dili biliyi arzuolunandır.

Təcrübə:

  • Komplayns, Risklərin idarə olunması, Audit, Daxili nəzarət sahələrində ən az 1 il təcrübə ( sığorta, bank və digər maliyyə institutlarında və Big4 şirkətlərində təcrübə üstünlükdür).

Bacarıqlar:

  • Dürüstlük;
  • Şəffaflıq;
  • Komandada işləmək bacarığı;
  • Vaxtın səmərəli idarə edilməsi bacarığı;
  • Məntiqi və analitik düşüncə;
  • Təşəbbüskarlıq;
  • Şəxsi inkişafa yönümlülük;
  • Məqsədyönlülük;
  • Emosional stabillik və məsuliyyətli olmaq;
  • Yaxşı ünsiyyət bacarığı.

Son müraciət tarixi: 15.04.2024

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

İşəgötürənin reytinqi