Debitorlar idarəolunması üzrə təcrübəçi

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 14.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Sığorta müqavilələri üzrə sığorta haqqlarının izlənməsi və ödənilməsinin təmin edilməsi;
  • Müştərilərin borclar barədə ətraflı məlumatlandırılması və sənədlərlə təmin olunması;
  • Debitor borcların araşdırılması və yaranma səbəblərin təyin edilməsi;
  • Əsassız məbləğlərin müvafiq sığorta şəhadətnamələrinə  və ya hesablara yönləndirilməsi;
  • Debitor borcaların ödənilmədiyi halda sığorta şəhadətnamələri üzrə xitam prosesinin icrası;
  • Analitik hesabatların hazırlanması;
  • Müştərilərə keyfiyyətli xidmət göstərilməsi, ehtiyac yaranarsa işgüzar görüşlərdə iştirak edilməsi;
  • Mövcud siyasətin davamlı qiymətləndirilməsi və prosesin təkmilləşdirilməsi üçün tövsiyələr vermək;
  • Birbaşa rəhbərin tapşırığına əsasən, vəzifə təlimatında qeyd olunmamış, Şirkət üçün faydalı ola biləcək işləri icra etmək.

Biliklər:

  • Ali təhsil: Maliyyə və kredit, Bank işi, İqtisadiyyat, Mühasibat uçotu və ya oxşar sahə üzrə;
  • Təcrübə: Sığorta, maliyyə, bank və ya müştəri xidmətləri sahəsində arzuolunandır; 
  • Dil bilikləri: Azərbaycan, ingilis və rus dili üzrə səlis yazılı və şifahi biliklər
  • Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər.

Bacarıqlar:

  • Komandada işləmək və mükəmməl kommunikasiya bacarığı;
  • Səlis danışıq qabiliyyəti;
  • Vaxt idarəetmə bacarığı;
  • Məlumatların məxfiliyinin qorunub saxlanılması;
  • Detallara diqqət və analitik bacarıqlar;
  • Təşəbbüskarlıq;
  • İş prosesində yaranan problemə çevik reaksiya vermək bacarığı;
  • Stres altında işləmək qabiliyyəti.

Son müraciət tarixi: 14 aprel, 2024

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

İşəgötürənin reytinqi