Françayzinq üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Təsdiq edilmiş konsepsiya əsasında tərəfdaş Françayzinq şəbəkəsinin inkişafı,
  • Yeni tərəfdaşların qoşulma planının icrası, 
  • Yeni iş imkanlarının araşdırılması və axtarılması, potensial tərəfdaşlıq üçün görüşlər və danışıqlar keçirilməsi və potensial tərəfdaşlarla münasibətlərin qurulması, 
  • Müraciətlərin yoxlanılması,
  • Françayzinq fəaliyyəti zamanı şirkət standartlarının nəzarət olunması üçün maliyyə hesabatlarının yoxlanılması, 
  • Hər bir franshizə obyektinin təmizlik, görkəm, işçilərin davranışı və iş prosedurları baxımından şirkət standartlarına uyğunluğunun təmin edilməsi, 
  • Görülən işlərdə iş keyfiyyətinin nəzarəti, 
  • Sifarişlərin hədəfə uyğunluğunun (3 ay ərzində gündə 100-dən çox sifariş) nəzarəti, açılış planlarının icrası,
  • Yeni tərəfdaşın sifarişlərinin bütün mərhələlərdəki işləməsinin nəzarəti, açılış mərhələlərinin optimizasiyası, 
  • Müxtəlif müqavilələrin hazırlanmasında yardım, hüquqi sənədlərin aparılması, 
  • Digər komanda üzvləri ilə sıx əməkdaşlıq, 
  • Əməliyyat bərpa olunması üçün şirkətin digər əməkdaşları ilə işlərin koordinasiyası.
  • Əməkdaşın uyğun kompetensiya ilə rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların icrası

Tələblər:

  • Azərbaycan,Rus və İngilis dillərini bilmək, 
  • Biznes, marketinq, maliyyə, xidmətlər sahəsində və ya əlaqəli sahələrdə bakalavr dərəcəsinə malik olmaq, 
  • Bazarın genişlənməsi və ya biznesin inkişafı sahəsində 5 ildən artıq təcrübə, 
  • Kommunikativ, təşkilatçı və problem həll etmə bacarıqlarına malik olmaq, 
  • Maliyyə planlaması haqqında bilik və təcrübəyə malik olmaq, 
  • Rəqəmlər ilə işləmə bacarığı, 
  • Vaxt idarəsi bacarığına malik olmaq, 
  • Detallara diqqət yetirilməsi, 
  • Kompyuter bilikləri: MS Office, Excel, 
  • Stress altında işləmə bacarığına malik olmaq, 

Şərtlər:

  • İş qrafiki - 5/2 
  • Əmək haqqı müsahibənin nəticələrinə əsasən təyin edilir.

Siz DəyərliSən platformasına çıxış əldə edəcəksiniz! DəyərliSən, xüsusi olaraq PAŞA Qrupun əməkdaşları üçün nəzərdə tutulmuş və istifadəçilərə xüsusi üstünlüklər təqdim edən loyallıq proqramı məhsuludur. Istifadəçilər onlara verilən xüsusi kod vasitəsilə qeydiyyatdan keçə və xüsusi imtiyazlardan istifadə edə bilərlər.

Namizədlərdən CV-lərini “Françayzinq üzrə mütəxəssis” başlığı ilə ingilis və ya rus dilində elektron ünvanına göndərmələri xahiş olunur.

Bu, sizi yeni bir macəraya gətirəcək və fərqli imkanlar yaradacaq bir addımdır. Uğurlar!