Mağaza Meneceri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Düzgün prioritetləri, gündəlik, həftəlik və aylıq fokus nöqtələrini müəyyənləşdirmək, mağazanın hədəf və məqsədlərinin vaxtında əldə olunmasını təmin etmək.
  • Mağaza heyəti ilə keçirilən gündəlik/həftəlik/aylıq iclaslarda iştirak etmək.
  • Gündəlik planların, cədvəllərin, xəbərlərin, əsas məqamların, problemlərin müəyyənləşdirilməsi, tapşırıq və rəylərin prioritetləşdirilməsi üçün cavabdehlik daşımaq.
  • Faktiki satış prosesinin bütün aspektlərində iştirak etmək, lazım olduqda müştərilərə kömək etmək, məhsul haqqında tələb olunan məlumatı vermək, kassada satış prosesinin başladılmasına və bağlanmasına kömək etmək.
  • Mağazaların effektivliyini artırmaq üçün gündəlik/həftəlik/aylıq və illik uğurlu satış planları işləyib hazırlamaq.
  • Məhsullara nəzarət.
  • Mağazanın brendlərin verdiyi göstərişlərə əsasən müvafiq qaydada nizamlanmasını təmin etmək üçün VM (Vizual Merçendayzinq) heyəti ilə yaxından əməkdaşlıq etmək.
  • Malların qaytarılması və dəyişdirilməsi üzrə hesabatlara nəzarət etmək və onları yoxlamaq, tələb olunan bütün məlumatların qeyd olunmasını təmin etmək.
  • Mağazanın satış heyətinin və digər heyət üzvlərinin işinə nəzarət etmək, işçilərə nəzarət etmək, tapşırıqları bölüşdürmək, işçilərin problemlərini idarə etmək və iş cədvəllərini hazırlamaq.
  • İşçilərin işə götürülməsi ilə bağlı İR şöbəsinə kömək etmək, işçilərin təlimatlandırılması və inkişafı ilə məşğul olmaq.
  • Hər bir işçinin vəzifəsi üzrə Əsas Effektivlik Göstəricilərinə nəzarət etmək.
  • İşçilərin cədvəllərini gündəlik nəzərdən keçirmək, dəyişiklikləri, əvəzçilikləri, məzuniyyətləri, xüsusi məzuniyyət tələblərini təsdiq etmək.
  • Tələbat və təlimatlar üzrə yeni məhsullar sifariş etmək və sifarişi müvafiq qaydada anbarda saxlamaqla mağazanın inventarizasiyasını idarə etmək, mağazanı inventarizasiya və yoxlama üçün hazırlamaq.
  • Satışa çıxarıla bilən və bilməyən ehtiyatların hərəkəti prosesini idarə etmək və ona nəzarət etmək, mağazaya daxil olan və mağazadan çıxan hər hansı məhsul/mal, onların miqdarı, keyfiyyəti, istifadəsi və məqsədi üçün cavabdehlik daşımaq, anbar işçiləri ilə birlikdə malların qəbulunda iştirak etmək.
  • Alış trendləri, müştəri tələbləri və ehtiyaclar üzrə təfsilatlı hesabatlar hazırlamaq.
  • Yüksək səviyyədə müştəri məmnuniyyətini təmin etmək, müştəri problemlərini effektiv şəkildə aradan qaldırmaq.

Tələb olunan təcrübə və bacarıqlar:

  • Mağaza idarəçiliyi üzrə 5 illik təcrübə (son 3 il Mağaza müdiri kimi).
  • Mağaza büdcəsinin idarə edilməsi təcrübəsi.
  • Məhsula və anbara nəzarətin idarə edilməsi, oğurluq və itkilərin qarşısının alınması üzrə təcrübə.
  • Prosedurlarla işləmək təcrübəsi.
  • Yeniliklərə və öyrənməyə açıq olmaq.
  • Müştərilərə məhsulları tapmaqda kömək etmək üçün məhsulları məntiqi yerləşdirilməsini təşkil etmək bacarığı.
  • Mağazanın statistik və maliyyə hesabatlarını verə bilmək bacarığı.
  • Sağlamlıq və təhlükəsizlik qanunvericiliyinə əməl etməyi bacarmaq.
  • İnzibati tapşırıqları yerinə yetirmək.
  • Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı.
  • Kompüter bilikləri (MS Office, Word, Excel və s.)

Maraqlanan namizədlərdən CV-lərini mövzu yerinə “Mağaza Meneceri” yazaraq e-mail ünvanına göndərməsi xahiş olunur. Yalnız tərcümeyi halı vəzifə tələblərinə tam uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi

Blue Planet Distribution tərəfindən digər vakansiyalar