Tender üzrə Mütəxəsəssis

  • ATS Food
  • Elanın qoyulma tarixi: 13.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Təhsil səviyyəsi: Ali təhsil (İqtisadiyyat, idarəetmə, maliyyə və ya biznesin idarəedilməsi)
  • İş təcrübəsi: Satınalmanın tender sahəsində ən azı 2 il iş təcrübəsi (qida, istehsalat və ya tikinti sahəsi arzuolunandır)
  • Dil biliyi: Azərbaycan dili (əla), rus dili (yaxşı), ingilis dili (yaxşı)
  • Kompüter biliyi: Microsoft Office proqramı üzrə biliklər, xüsusilə Excel biliyi
  • Digər: ERP sistemlərdə işləmək bacarığı, müvafiq sahə üzrə sertifikatlar üstünlükdür.

Vəzifədən gözləntilər:

  • Tenderin Əsas Şərtlər Toplusunun hazırlanması/nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;  
  • Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması
  • Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət
  • Tender və sorğu proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması
  • Müəssisələr tərəfindən təchiz olunan mal və xidmətlərin keyfiyyətlərinin təhlili məqsədi ilə qurulmuş sistemin fəaliyyətini təmin etmək;
  • Tender və digər müsabiqələrin keçirilməsi üçün araşdırılmaların aparılması;
  • Mütəmadi bazar araşdırması edərək potensial tədarükçülərin tapılması, qiymət dalğalanmalarının müəyyən edilməsi və yeni həll yollarının hesabatının təqdim edilməsi;
  • Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqların aparılması;
  • Təchiz olunan mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə təchizatçılarla görüşlərin keçirilməsi;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Tender prosesində şirkətin təmsil olunması.

İş Şərtləri:

  • Əmək şəraiti: Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi; 
  • Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun (ştat cədvəli aralığına münasib)
  • İş rejimi: 5 gün (həftəiçi)
  • Servis: Təmin edilir
  • Nahar: Təmin edilir
  • Könüllü tibbi sığorta: Təmin edilir
  • Korporativ nömrə və danışıq limiti: Təmin edilir

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına mövzu hissəsində vəzifənin adı "Tender üzrə mütəxəssis" qeyd olunmaqla göndərə bilərlər.