Lombard Kreditləri üzrə Aparıcı mütəxəssis/Baş Mütəxəssis

  • City Finance BOKT
  • Elanın qoyulma tarixi: 13.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hansı özəlliklərə malik olmalıdır?

  • Ali təhsil;
  • 21-35 yaş aralığı;
  • Müvafiq sahə üzrə minimum 3 il təcrübə;
  • Əla səviyyədə azərbaycan dili (Rus dili biliyi üstünlükdür);
  • Riyazi biliklər;
  • MS Excel üzrə biliklər;
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti.

Lombard Kreditləri üzrə Aparıcı Mütəxəssis/ Baş Mütəxəssis nə iş görür?

  • Mütəmadi olaraq aktiv marketinq təbliğatı həyata keçirmək;
  • Potensial müştərilərin axtarışı və cəlb edilməsi;
  • Müştəri müraciətlərini qəbul edilməsi, qeydiyyatını və müəyyən edilmiş hesabatını aparılması;
  • Kreditləşmə üzrə müvafiq sənədləşmənin həyata keçirilməsi;
  • Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək;
  • Şirkət məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq.

Əlavə məlumat:

  • Bazar ertəsi – Cümə: 09:00– 18:00
  • Əmək haqqı – minimum 1000 AZN

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Lombard Kreditləri üzrə Aparıcı Mütəxəssis/ Baş Mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.