Daxili audit mütəxəssisi

  • Avromak MMC
  • Elanın qoyulma tarixi: 13.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşçiyə qoyulan tələblər:

  • Ali təhsil;
  • 1-3 il iş təcrübəsi;
  • Kompüter və ofis proqramlarından (əsasən Excel) yüksək istifadə etmə bacarığı;
  • Logo Tiger proqramını bilməsi üstülükdür;
  • Məsuliyyətli, fikrini aydın izah etmə bacarığı; 
  • Operativ, və işə planlı yanaşmaq;
  • Şəxsi avtomobil;

Vəzifə öhdəlikləri:

  • Fəaliyyət göstərilən ərazidə ticarət nümayəndəsi ilə debitorların yoxlanışının həyata keçirilməsi. Uçot məlumatlarına əsasən qarşılıqlı üzləşmə sənədlərində mövcud olan maddələr üzrə sənədləşmənin dəyərləndirilməsi.
  • Fəaliyyət göstərilən ərazidə inventarların mövcudluğunu və təyinatına uyğun istifadəsini yoxlamaq və raportlamaq.
  • İşdən çıxan satış nümayəndəsi üzrə təhvil alınan ərazinin borc qalıqlarını və inventarlar üzrə yoxlamasını aparıb, yeni satış nümayəndəsinə təhvil vermək. Kənarlaşmaların müəyyən edilməsi,maddi məsul şəxslərdən izahatların alınması,uyğunsuzluqların aradan qaldırılması istiqamətində təkliflərin təqdim edilməsi.
  • Risk dəyərləndirmələri əsnasında seçilmiş ticarət nümayəndəsində yoxlamaların həyata keçirilməsi. Kənarlaşmaların araşdırılıb aradan qaldırılması,aparılan yoxlamanın nəticələrinin rəhbərliyə təqdim edilməsi.
  • Key Account tipli marketlərdə şirkətin bütün satış kanalları üzrə üzləşmələrin aparılamsı, ödənişlərin düzgün bölgüsünə nəzarət,aşkarlanan kənarlaşmaları araşdırıb aradan qaldırmaq. Uyğunsuzluqların təkrarlanmaması istiqamətində səlahiyyətli şəxslərdən izahatların alınması,rəylərin hazırlanması və təkliflərin verilməsi.
  • İsti satış sistemi ilə çalışan satis heyyəti emekdaslarinin anbar qalıqlarının və şirkətin dislokasiyasında olan anbarların sayımlarında iştirak etmək.
  • Hərəkətsiz debitorların təyin edilməsi və ödənilməsi üçün addımların atılması,gündəlik satışların izlənməsi və risklərin təyin olunub əvvəlcədən qabaqlayıcı tədbirlərin alınması,fakturaların yoxlanıb arxivə təhvil verilməsi,geriqaytarmaların analizi.
  • Fəaliyyətini dayandırmış ticarət nümayəndəsi kompensasiya ediləcək məbləğlərin təminində iştirak
  • Ticarət nümayəndəsində rəqib şirkətlərin dəyərləndirilməsi
  • Rəhbərliyin göstərişləri əsnasında plandan kənar audit yoxlamalarında iştirak.
  • Rəhbərliyin şifahi və yazılı göstərişləri əsnasında səlahiyyətlərinə aid olan digər iş funksiyalarının icrası

QEYD: İl ərzində bir neçə dəfə regionlara ezamiyyət mümkündür.

İş şərtləri: 

  • Əmək haqqı-1000 AZN;
  • İş vaxtı: 5 günlük iş həftəsi;
  • İstirahət günləri: Şənbə-bazar, bayram günləri.
  • Nahar şirkət tərəfindən qarşılanır. 
  • İşçi yanacaq kartı ilə təmin edilir. 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi mail ünvanına “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Daxili audit mütəxəssisi” qeyd etməklə göndərməyiniz xahiş edilir.