Anderraytinq üzrə təcrübəçi

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 13.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Riskin səmərəli qiymətləndirilməsi üçün lazımi məlumatları toplamaq və dəyərləndirmək;
  • Müxtəlif mənbələrdən əldə olunmuş məlumatlar əsasında müəyyən bir riski qəbul və ya imtina edilməsi prosesində iştirak etmək;
  • Riskin dəyərləndirilməsi və riskə əsasən uyğun tarif və şərtlərin müəyyən olunması; 
  • Birbaşa rəhbərin nəzarəti altında tarif sistemini təşkil etmək.

Biliklər:

  • Ali təhsil: İqtisadiyyat və ya Hüquq;
  • Dil bilikləri: yüksək səviyyədə Azərbaycan və İngilis dilləri, Rus dili arzuolunandır;
  • Kompüter bilikləri: Microsoft Office proqramından yüksək səviyyədə istifadə etmək bacarığı;
  • Bilavasitə vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və normativ sənədlərinin tələblərini bilmək.

Bacarıqlar:

  • Analitik təhlil, məntiq, məlumatları tez bir vaxtda anlamaq;
  • Şirkətin əməliyyat sistemində aparılan əməliyyatları təhlil etmə bacarığı;
  • Microsoft Office proqramlarında səlis işləmə bacarığı;
  • İngilis dilində sərbəst danışıq və yazışma bacarığı.

Son müraciət tarixi: 12.04.2024

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

İşəgötürənin reytinqi