Marketinq meneceri

  • Apar Ride
  • Elanın qoyulma tarixi: 13.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Şirkətin marketinq strategiyasının tərtibi və həyata keçirilməsinə rəhbərlik etmək
  • Marketinq komandasının işinin effektivliyini təmin etmək və müvafiq əməkdaşlara tapşırıqlar təyin etmək
  • Xidmətin məqsədlərinə uyğun olaraq bütün marketinq kanallarında (rəqəmsal və off-line) kampaniyaların idarə edilməsi
  • bazar tendensiyaları haqqında dərin araşdırmalar apararaq, biznesin inkişafı üçün yenilikçi fikirlərin tətbiqi
  • ROI, CJM və  LTV analizi
  • Şirkət daxilində marketinq və satış komandaları arasında əlaqələndirici rolunu oynamaq
  • Digər şirkətlərlə kommunikasiya və işbirliyi qurmaq ( ortaq aksiyalar və s.)
  • Müştəri loyallığını artıracaq strategiyalar hazırlamaq
  • Aylıq və illik hesabatlar hazırlamaq

Tələblər:

  • Marketinq, biznes idarəçiliyi və ya oxşar sahədə ali təhsil.
  • Müvafiq  sahə üzrə ən az 2 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili sərbəst və rus yaxud ingilis dili üstünlükdür
  • Puntual, kreativ və innovativ olmaq
  • Geniş marketinq bilikləri və müxtəlif kanallarda (xüsusilə digital marketinq) uğurlu kampaniyaların idarə edilməsi təcrübəsi.
  • Analitik düşüncə qabiliyyəti, məhsulun bazar mövqeyini gücləndirəcək strateji yanaşmaların inkişaf etdirilməsi bacarığı
  • Komanda üzvlərini motivasiya etmək və onların inkişafına dəstək olmaq bacarığı
  • Yüksək təşkilatçılıq, planlaşdırma və icra bacarıqları
  • Güclü şifahi və yazılı kommunikasiya bacarığı
  • Texnoloji yenilikləri izləyən və inkişafa meyilli
  • İnkişafa meyilli, yeni biliklər əldə etməyi sevən və həsuliyyətli
  • Motivasiyası yüksək, pozitiv əhval-ruhiyyəsi olan və komanda yönümlü
  • Tapşırıqların idarə edilməsi üçün olan proqlamlarla işləmə bacarığı ( Trello, Jira, Asana və s.)

Biz nə təklif edirik?

  • Gənc, dinamik və peşəkar kollektivdə işləmək fürsəti
  • Şəhər mərkində iş yeri 
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək

İş vaxtı: Həftə içi 5 gün, 09:00-18:00

Əgər bilik və bacarıqlarınıza güvənir və həmçinin  innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi mail-in mövzu hissəsinə “Marketinq meneceri” yazaraq e-mail ünvanına göndərmənizi xahiş edirik.