Müştəri Əlaqələrinin İdarə olunması üzrə Bölmə Müdiri

  • Araz Supermarket
  • Elanın qoyulma tarixi: 12.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil;               
  • Əlaqəli sahə üzrə minimum 2 il təcrübə;
  • CRM proqramları, MS Office (Exceldə işləmə bacarığı yüksək olmalıdır);
  • Yaxşı səviyyədə kommunikasiya bacarıqları,məsuliyyətlilik,analitik düşüncə tərzi,liderlik və layihə idarəetmə bacarıqları:

Vəzifə öhdəlikləri:

  • Bonus Kart sxemi üzrə şirkətin müştərilərlə əlaqələrini idarə etmək;
  • Gündəlik olaraq satış nəticələrini nəzərdən keçirmək, təhlil etmək;
  • Araz mobil tətbiqetməni idarə etmək və tətbiqetmə vasitəsilə şirkətin loyal müştəri balansını artırmaq;
  • Müştəri və satış məlumatlarını təhlil etmək, müştəri əlaqələrinin idarə olunması üzrə hesabatları hazırlamaq (həftəlik və aylıq müştəri məmnuniyyəti göstəriciləri hesabatı, bonus kartı hesabatı);
  • Müştəri əlaqələrinin idarə edilməsi layihələrini idarə etmək və ölkə bazarını araşdıraraq, şirkətin müştəri platformasını yüksəltmək;
  • Şirkətə daxil olan müştəri şikayətlərini biznes üçün dəyərli müştəri anlama (insight) mənbəyi olacaq dərəcədə təkmilləşdirmək;
  • Bonus Kart üzvlüyü, kartın istifadəsini və bununla da sadiq müştərilərin sayını artırmaq;
  • Şirkətin loyal müştəri dövriyyəsinin ümumi müştəri dövriyyəsindəki pay nisbətindən yüksək olmasını təmin etmək;
  • Ən çox müştəri şikayətləri daxil olunan mağazaların hər birində müştəri məmnunluq göstəricilərini yüksəltmək;

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki;
  • Servis xidməti mövcuddur;

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Müştəri Əlaqələrinin İdarə olunması üzrə Bölmə Müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi