Mühasib

İşin təsviri

Namizədə Tələblər:

  • Müfaviq sahə üzrə ali təhsil
  • Yaş həddi:  25 - 45 yaş
  • Staj: 3 – 5 il (sahə üzrə təcrübə mütləqdir)
  • Microsoft Office proqramlarını (Word, Excel) yaxşı səviyyədə bilmək
  • 1C mühasibatlıq proqramında işləmək bacarağı və minimum 2 il təcrübə.

Vəzifə öhdəlikləri:

  • Əmək haqqı və ezamiyyə xərclərinin hesablanması 
  • Mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi və uçotun aparılması
  • Aylıq xərclərin uçotda düzgün əks olunmasına nəzarət edilməsi
  • Məhsulların maya dəyərinin hesablanması
  • Günlük bank və ƏDV depozit hesabının yoxlanılması, çıxarışların 1 C proqrama daxil edilməsi
  • Kreditorlarla qarşılıqlı hesablaşmaların və üzləşmələrin  həyata keçirilməsi 
  • Təhtəl-hesab şəxslərlə hesablaşmalar və avans hesabatının aparılmasını təmin etmək.

Əmək haqqı: 800 -1000 manat (təcrübədən asılı olaraq)

İş qrafiki: 6 günlük.

Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis işləyir (Müəssisə Buzovna qəsəbəsində yerləşir).

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.

Azprotein Foods Group tərəfindən digər vakansiyalar