İşin təsviri
Öhdəliklər:
- İnsanların, ətraf mühitin, şirkətin vəsaitlərinin və imicinin qəsdən törədilən cinayət fəaliyyətindən, zərərli hərəkətlərdən və arzuolunmaz hadisələrdən qorumağı təmin edir
- Təhlükəsizlik üzrə Menecerə müəssisənin gündəlik mühafizə xidmətini təşkil və rəhbərlik etməkdə köməklik edir,
- Müəssisənin mühafizə olunan ərazilərinə mühafizə xidmətinə dair qaydalar və prosedurlar hazırlayır
- Müəssisənin iş ərazilərində effektiv mühafizə sisteminin qurulmasına və təkmilləşdirilməsinə dair təkliflər verir
- Mühafizə xidmətində baş verən pozuntular və nöqsanların araşdırılmasında iştirak edir və səbəblərini əşkar edərək mühafizə xidməti ilə birgə lazımı tədbirlər görür
- Mühafizə xidməti əməkdaşlarının iş yerlərində praktiki işini, postlarda prosedurlara nəzəri yiyələnmə səviyyəsini, iş təlimatlarını yoxlayır
- Fövqəladə hallar zamanı növbədə olan mühafizə xidmətinin əməkdaşlarına zəruri tədbirlərin görülməsində rəhbərlik edir
- Təhlükəsizliyə dair hadisələrin araşdırılmasında iştirak edir, hadisə yerində lazım olan təxirəsalınmaz tədbirləri həyata keçirir
Namizədə tələblər:
- Yaş həddi 35-45 aralığında olmalı
- Müvafiq sahədə 5 ildən çox iş təcrübəsi
- Hərbi qulluğu keçmiş olmalı
- Hər hansı bir idman növü ilə məşqul olmalı
- Ciddi, kollektivdə işləmə bacarığı olan
- Məsuliyyətli, stresə davamlı
- Ünsiyyətcil, təşəbbüskar
- Analitik yanaşma qabiliyyəti
- İşdə dəqiqlik və detallara fikir vermə bacarığı
İş qrafiki: 14.00-23.00
Əmək haqqı razılaşma yolu ilə.
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Mühafizə üzrə kordinator” qeyd edərək öz CV- lərini e - mail ünvanına göndərməyiniz xahiş olunur.