Korporativ satış üzrə ödənişli və rəsmi Təcrübə Proqramı

İşin təsviri

Karyerasını Korporativ Satış sahəsində qurmaq istəyən, həvəsli, öyrənməyə açıq və şəxsi inkişafına önəm verən məzunların nəzərinə.

Aqrar İnnovasiya və Təchizat Şirkəti Korporativ satış üzrə ödənişli və rəsmi Təcrübə Proqramı elan edir. 

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dili səlis, rus dili arzuolunandır;
  • MS Excel, Word proqramlarında işləməyi bacarmalı;
  • İnkişafa meyilli, çevik və məsuliyyətli olmalı;
  • Komandada işləməyi bacarmalı.

Vəzifə öhdəlikləri:

  • Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması, potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
  • Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
  • Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması;
  • Satışla bağlı məlumatların müvafiq proqram təminatlarında qeyd edilməsi;
  • Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;
  • Məhsulun daşınmasını və çatdırılmasına nəzarət olunması;
  • Şöbə rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.

İş şərtlərimiz:

  • İş qrafiki : Həftə içi 5 gün;
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ satış üzrə təcrübəçi” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.