Hüquqşünas

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Xidmətin bütün növ müqavilələrinin  hazırlanmasını, müqavilələrin hüquqi ekspertizasının aparılmasını və müvafiq rəyin verilməsini, Xidmətin iştirak etdiyi birgə layihələrin hüquqi təminatının təşkil edilməsini təmin etmək;
  • Xidmətin fəaliyyətinə dair qaydaların, əsasnamələrinin hazırlanmasını təmin etmək;
  • Yazışmaların və daxili normativ sənədlərin qüvvədə olan qanunvericiliyin tələblərinə, idarəetmə strategiyasına uyğunluğunu təmin etmək;
  • Məhkəmə, icra və probasiya, hüquq mühafizə və digər orqanlarda Xidmətin mənafeyinin etibarlı müdafiəsini və sənədləşməsini təmin edir;
  • Hüquqi mübahisələr üzrə Xidməti məhkəmələrdə təmsil edir;
  • Xidmətin direktorunun dərkənarına uyğun olaraq  daxil olmuş müraciətləri araşdırır  və nəticəsini aidiyyəti üzrə təqdim edir; 
  • Görmüş olduğu işlərə dair tələb olunan hesabatları hazırlayaraq, İdarənin və Xidmətin rəhbərləyinə təqdim edir;
  • Xidmətin işçi və işəgötürən arasında mövcud olan münasibətlərinin hüquqi tənzimlənməsini, o cümlədən Xidmətin tərəf olduğu müqavilələrə hüquqi rəyin verilməsini və ya müqavilə layihələrinin hazırlanmasını təmin edir;
  • Təklifləri təhlil edir, işçilərlə məcburi hüquqi şərtlərin müqavilə şərtləri ilə uyğunluğunu və xidmətin siyasətinə uyğunluğunu təmin edir;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Vəzifəyə dair tələblər:

  • Təhsil: Ali hüquq təhsili;
  • Dil bilikləri: Azərbaycan dili, Rus dili, (İngilis dili arzu olunandır);
  • Azərbaycan Respublikasının Konstitusiyasını bilməlidir;
  • Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu bilməlidir;
  • Mülki, mülki prosessual, inzibati xətalar, inzibai prosessual qanunvericiliyini bilməlidir;
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini bilməlidir;
  • İşgüzar yazışma əsaslarını bilməlidir;
  • Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
  • Azərbaycan dilini mükəmməl (yazılı və şifahi) bilməlidir;
  • Kompüter bilikləri üzrə: MS Office;
  • İş təcrübəsi: Müvafiq sahədə 3 ildən az olmayaraq iş stajı;

Son müraciət tarixi: 19.03.2024