Marketinq İşçisi (Bakı, Bərdə, Göyçay, Mingəçevir)

İşin təsviri

İnkişaf üçün Maliyyə” MMC Bank Olmayan Kredit Təşkilatı

Bakı, Bərdə, Göyçay və Mingəçevir filialları üçün MARKETİNQ İŞÇİSİ vəzifəsinə işçi qəbulu elan edir.

Tələblər:

• İqtisadiyyat (biznes, marketinq, idarəetmə) eləcə də, ictimaiyyətlə əlaqələr və ya uyğun sahələrdən birində bakalavr təhsili;
• Marketinq və bazar araşdırması, biznesin planlaması, analitik tədqiqat aparılması üzrə ən azı nəzəri və ya baza bilikləri;
• Kreditləşdirmə üzrə ümüumi məlumatlara malik olması;
• Sərbəst və özünəinamlı şəkildə peşəkar ünsiyyət qurmaq, insanları inandırmaq və müştəri olaraq cəlb etmək bacarığı;
• Aktiv və sahə işinə meyilli;
• Kompüterdə işləmək bacarığı;
• Əla Azərbaycan dili biliyi (hər hansı xarici dil bilməsi əlavə üstünlükdür, lakin vacib deyildir);

Marketinq işçisinin əsas işləri aşağıdakılardan ibarət olacaqdır:

• Filialın fəaliyyət göstərdiyi kəndlərdə potensial müştərilərin kreditlər, faizlərin hesablanması, kredit götürmək üçün lazım olan sənədlər və kreditə uyğunluq kriteriyaları haqqında məlumatlandırmaq;
• Maliyyə savadlılığının və büdcə idarəetməsi biliklərinin artırılması;
• Müəssisənin kredit şərtləri, müxtəlif sahələrin və fəaliyyətlərin kreditləşdirməsi üçün spesifik tələblərin potensial borcalanlara izah edilməsi, onların suallarının dolğun cavablandırılması.

İşə başlamaq üçün:

• Seçilmiş namizədlərə intensiv marketinq və satış təlimləndirilməsi aparılacaqdır;
• Öz işlərini və vəzifələrini həyata keçirmək üçün lazım olan texniki təchizatla təmin ediləcəklər.

Xüsusi Qeydlər:

1. Ərizələrin (CV-lərin) qəbulu 10 FEVRAL 2014-cü il tarixinədək davam edir.
2. Sizin üçün arzuedilın əmək haqqını göstərməklə, ərizənizi [email protected] ünvanına göndərin.
3. Hər bir filiala filialın yerləşdiyi ərazini daha yaxşı tanıyan şəxslərə üstünlük veriləcəkdir.
4. Ərizələri e-poçt ünvanımıza göndərərkən mövzu yerinə müvafiq şəhəri göstərməklə "Marketinq İşçisi" yazmağınız xahiş olunur.